Kənan Qasımov: "Məqsədimiz ölkəmizə daha çox turistin gəlməsinə nail olmaqdır"

15:41 29-11-2019 80

Gələn il ərzində institusional turizm sektorunun formalaşdırılması ilə bağlı vizaların verilməsi və sərhəd-keçid prosedurlarını optimallaşması istiqamətində hazırda çox geniş proqram üzərində iş aparılır.

milletinsesi.info-ın məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən edən zaman Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

Onun sözlərinə görə, artıq bu proqramın müvafiq dövlət orqanları ilə razılaşdırılması proseduru yekunlaşdırılır:

“Vizaların verilməsi və sərhəd-keçid prosedurlarını optimallaşması qarşıya qoyulan məqsədlərdəndir. Təbii ki, vizaların sadələşdirilməsi üçün əsas işlər görülüb. Məqsədimiz ölkəmizə daha çox turistin gəlməsinə nail olmaqdır.

Dövlət Turizm Agentliyi bu məsələdə çox maraqlıdır ki, viza proseduru daha da sadələşdirilsin və turistlərin ölkəyə gəlmə imkanları daha əlçatan olsun”.

Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, növbəti ildən etibarən Qobustan rayonu ərazisində yerləşən palçıq vulkanlarının birinin ərazisində böyük kompleksin yaradılması nəzərdə tutulub.

Onun sözlərinə görə, kompleks Azərbaycana səfər edən turistlər üçün palçıq vulkanları ilə bağlı ətraflı informasiya əldə etmək imkanı verəcək:

“Kompleksdə müxtəlif cür xidmətlər təşkil ediləcək. Həmin xidmətlərdən gələn turistlər istifadə edəcək”.

Aparat rəhbəri qeyd edib ki, bu gün palçıq vulkanlarının ərazisində xoş olmayan mənzərə var: 

“Turistlərin əraziyə səfəri kortəbii şəkildə koordinasiya edilir. Problemlərin aradan qaldırılması üçün belə bir kompleksin inşasına ehtiyac olduğu bəlli idi və bununla bağlı layihələndirmə işləri yekunlaşdırılıb”.

Azərbaycan Turizm Sammitində Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib ki, Turizm dəhlizləri boyunca sanitar qovşaqların olmaması regionlara gedən turistləri narahat edir.

Onun sözlərinə görə, artıq bununla bağlı işlər görülür və yekunlaşmaq üzrədir: “Turizm dəhlizləri boyu müəyyən olunmuş sahələrdə sanitar qovşaqların tikintisi nəzərdə tutulub”.