“Diplom almaq üçün universitetə nə üçün 3 dəfə getməliyik?!” - TEXNİKİ UNİVERSİTETİN MAGİSTRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

16:50 29-11-2019 135

“Diplom almaq üçün universitetə gələnlərə deyirlər ki, “bizlik deyil, rektor qol çəkmir, yeni qayda belədir”

Azərbaycan Dövlət Texniki  Universitetinin magistri Sevda Qarayeva tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.

Prezident İlham Əliyevə, Təhsil naziri Ceyhun Bayramova və digər aidiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Dövlət Başçısı İlham Əliyev cənablarının yürütdüyü siyasətin nəticəsidir ki, ölkəmiz durmadan inkişaf edir. Möhtərəm Prezidentimiz hər addımında əhalinin problemlərinin operativ həllinə çaıışır, əhalinin işini asanlaşdırmaq üçün tədbirlər görür. Azərbaycan Texniki Universitetinin yeni rektoru Vilayət Vəliyev  isə əksinə, əhaliyə problemlər yaradıb, işi çətinləşdirməklə məşğuldur.
Belə ki, Universitetin magistratura səviyyəsini bitirənlər magistr diplomunun verilməsi üçün süni əngəllər yaradılıb. Rektorun tətbiq etdiyi yeni “qayda”ya görə, diplom almaq istəyən magistrant universitetə 3 dəfə gəlməlidir:

  1. Universitetə gəlib diplomunun fərdi qaydad hazırlanmasını xahiş etməlidir;
  2. Hazır diplomu almaq üçün müraciət etməlidir;
  3. Diploma əlavə edilmiş qiymət cədvəlini almaq üçün yenidən müraciət etməldiir.

Hansı ki, ölkənin heç bir ali təhsil ocağında belə hal yoxdur. Buradan fərqli olaraq, hər yerdə diplomlar və diploma əlavə olan qiymət cədvəli imzalanıb, möhürlənir və bunları almaq üçün universitetə bircə dəfə müraciət olunur.
Vilayət Vəliyevin tətbiq etdiyi yeni “qaydalar sayəsində” insanlar get-gələ salınır, süründürməçiliklə üzləşirlər.
Hamı iş adamıdır. Diplom almaq üçün universitetə nə üçün 3 dəfə gəlməliyik?  Diplom almaq üçün universitetə gələnlərə deyirlər ki, “bizlik deyil, rektor qol çəkmir, yeni qayda belədir”.
Texniki Universitetin yeni rektoru “müasir cəmiyyət üçün artıq yadlaşmış, unudulmuş süründürməçilik, get-gəl prinsiplərini” tətbiq edir.
2019-cu ilin sonunun yaxınlaşmağına baxmayraq, magistrlərlərin diplomları hələ də hazır deyil. Bütün bunların şahidi olduqdan sonra universitetin keçmiş rektorlarının cəmi dünyadan köçənlərinə rəhmət oxuyuruq.
Sizdən artıq dərəcədə xahiş edirik, problemin həllində bizə yardımçı olasınız”.


Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 

milletinsesi.info