“ARİF HACILI ARAYIŞLARI ŞƏXSƏNMİ SATIR?” - Alman hakimi düşündürən sual...

16:23 29-11-2019 135

Xəbər verildiyi kimi, hazırda Almaniyada yaşayan mühacir jurnalist Yafəs Həsənov miqrant işi üzrə keçirilən bir məhkəmə prosesi barədə məlumat yayıb.

O, sosial mediada yazdığı statusda bildirib: "İki gün öncә Almaniyada bir nәfәr Müsavat, hәm dә partiyanın Avropa Koordinasiya Mərkəzi (AKM) üzvünün miqrant işi üzrә mәhkәmәsi olub. Hakim әsasәn Müsavat Partiyası, AKM, onun sәdri, üzvlәri, vәsiqәlәri, arayışları haqda suallar verib. Әn çox dirәşdiyi dә arayışların neçәyә satılması olub. Adam da AKM-i yıxıb- sürüyüb. 

Maraqlı suallardan biri dә o olub ki, "Arif Hacılı arayışları özü şәxsәnmi satır"?

Bu da deyib ki, şәxsәn satanda görmәmişәm, ancaq onun xәbәri olmadan bunu heç kim edә bilmәz".

Qeyd edək ki, vaxtilə Müsavat Partiyasının fəal üzvlərindən olmuş Y.Həsənov,  özü də bu partiyanın rəhbərliyini miqrant alverində, saxta vəsiqə bazarında aktiv rol oynamaqda ittiham edir. 

Düzdür, partiya rəhbərliyi bunu təkzib edir, onun sifarişlə danışdığını bildirir. Ancaq məsələ ondadır ki, “miqrant alverində” Müsavatın adının ön cərgədə çəkilməsinə görə Arif Hacılı və ətrafını ittiham edən yalnız Y.Həsənov deyil. Həm partiyanın daxilində, həm də kənarda Müsavat Partiyasının adını belə çirkli işlərə qarışdırdığına görə xeyli sayda insan birbaşa partiya rəhbərliyini ittiham edir. Hətta partiyanın bir neçə tanınmış üzvü Arif Hacılın məsuliyyət daşıdığını açıq bəyan edərək, onu istefa verməyə çağırıblar. Onların sırasında Müsavatın Divan üzvü Alya Yaqublunun, son qurultayda başqanlığa namizəd Yadigar Sadıqlının, hazırda ABŞ-da yaşayan tanınmış müsavatçı fəal Ramiz Yunusun və başqalarının adlarını çəkmək olar.

Ramiz Yunus açıqlamasında isə bir məqam xüsuslə diqqəti cəlb edirdi. Sitat: “Alman federal polisi tərəfindən açilmiş cinayət işində adı hallanan Avropada bu partiyanın AKM adı altinda yaradılan mərkəzin təşəbbüskarı şəxsən indiki başqan Arif Hacılıdir”

Bu,  əlbəttə, ciddi faktdır. Məlum olduğu ki, müxtəlif səbəblərdən mühacirətə gedən Azərbaycan vətəndaşlarına müsavatçı arayışının verilməsini, onların guya ölkədə təqib olunmasına dair sənədlərin tərtib olunmasını, bir sözlə, Avropaya saxta "siyasi mühacir ixracı" işini əsasən partiyanın AKM adı altinda yaradılan mərkəzi təşkil edib. Hansı ki, bu mərkəzi yaratmaq təşəbbüsünün Arif Hacılıya aid olduğu bildirilir. Belədə bütün şübhələr, təbii olaraq, Arif Hacılının üzərinə yönəlir.

Ancaq Almaniya federal polisinin yalnız şübhələrlə hərəkət etmədiyini, əlində konkret faktların da olduğunu istisna etmək mümkün deyil. Əgər məhkəmədə alman hakimi artıq Arif Hacılıya dair suallar verirsə, deməli mühacir alveri işində Müsavat Partiyasınını başqanın adı da şübhəlilər siyasına salınıb.

İstisna seyil ki, Almaniya hüquq-mühafizə orqanları tərəfindən toplanan materiallarda Müsavat Partiyası başqanını mühacir alveri ilə məşğul olan şəbəkəyə bağlayan ifadələr yer alıb. Bu isə Arif Hacılının da ciyanətkar şəbəkənin işi ilə bağlı prosesə cəlb olunacağını gözləməyə əsas verir.

Əlbəttə, Azərbaycan Cumhuriyyətinin qurucularının yaratdığı partiyanın varisi kimi çıxış edən bir siyasi təşkilatın rəhbərinin belə çirkli işlərə qarışması utancvericidir.

Rasim Əliyev 

AzPolitika.info