Azərbaycanlı şairdən maraqlı addım

17:17 29-11-2019 80

Şair Faiq Balabəylinin nəvəsi Dənizin doğum gününə həsr edilən şeir və mahnı mətnlərindən ibarət “Dəniz” kitabı nəşr olunub.

Bu barədə Kult.az-a Faiq Balabəyli özü məlumat verib.

O bildirib ki, kitab “Qanun” nəşriyyatında işıq üzü görüb.

Kitabda özbəkistanlı şair Şəhla Qasımovanın, türkiyəli şair Cahid Günayın, azərbaycanlı şairlər Vasif Süleyman, Ayaz Arabaçı, Fərqanə Mehdiyeva, Həyat Şəmi, Rəsmiyyə Sabir, Faiq Balabəyli, Tural Balabəyli və digərlərinin şeirləri yer alıb.