"Halal" sertifikatı verən şirkət cərimələndi

19:24 02-12-2019 125
Nizami Rayon Məhkəməsi “Azesert Halal” MMC-nin 1200 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) ilə təqsirli bilinib.
 
Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il qərarından “Azesert Halal” MMC-nin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
 
"Azesert Halal" MMC Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya edilmiş qurumdur. (report.az)