Milli Məclis icbari tibbi sığorta ilə bağlı sənədə “nöqtə” qoydu

15:42 03-12-2019 65

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

milletinsesi.info-ın məlumatına görə, iclasın gündəliyinə 15 məsələ daxildir.

“Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi üçüncü - sonuncu oxunuşda müzakirəyə çıxarılıb.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcək.