Lavrov: Ümid edirik ki, münaqişənin həllinə dair nəticələr olacaq

16:31 03-12-2019 80

ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair səylərini davam etdirəcək.

milletinsesi.info-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirilən görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

“Ümid edirik ki, münaqişənin həllinə dair nəticələr olacaq”, - S.Lavrov qeyd edib. 

İlhamə Əbülfət