İlham Əliyev icra başçısını vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

15:35 04-12-2019 70

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd Kərəm oğlu Muxtarovun Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. 

Bununla bağlı AZƏRTAC məlumat yayıb. 

Dövlət başçısının digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.