AAAF Yaşayış Kompleksinin sakinləri soyuqdan donur

15:47 04-12-2019 120

Ötən il Prezident Administrasiyasına barəsində şikayət daxil olan mənzil-tikinti şirkətlərindən biri də AAAF Yaşayış Kompleksi haqqında olsa da bundan nəticə çıxarılmayıb.

Xatırladaq ki, Prezident Administrasiyanın şöbə müdirinin mediada dərc olunmuş təhlil xarakterli məqaləsində AAAF-ın adı ciddi narazılıq doğuran şirkət kimi hallanmışdı.

Demək olar ki, mənzil satdığı vətəndaşlar qarşısında üzərinə götürdüyü öhdəliklərinə əməl etməyən şirkət rəhbərliyi insanları hökumətə qarşı da qoymaqdan çəkinmir. Belə ki, şirkətin yaan vədlərinə və digər qanunsuz tələblərinə etiraz edən kompleks sakinləri dəfələrlə kütləvi aksiyalara çıxıb.

Bu dəfə də AAAF rəhbərliyi hava şəraitinin soyuq dönəmində sakinləri işıqsız qoymaqda davam edir.

MillətinSəsi.info-ya müraciət edən sakinlər bildirir ki, AAAF park yaşayış kompleksində hər gün işıqlar sönür: “Köçəndə bizdən sayğacların pulunu aldılar. İndi isə gəlib deyirlər ki, 798 manat odəməlisiniz. 5 ildi yaşayış var amma hələ də “Azərisıq”-ın balansına keçmir. Evdə olmayanda gəlib sayğacları kəsib, gedirlər. Evə axşam gəlirsən ki, işıq yoxdur. Bir bloka “Azərişıq” gəldi sayğac qoydu. Dedilər ki, sabahdan hamı üçün qoyulacaq, sonra dayandırdılar. Camaatın qapılarına yazıb vururlar ki 798 manatı verməsəniz işıq kəsiləcək. Biz köçəndə kombi xətləri çəkməyə icazə verilmədi ki, istilik sistemi ümumi olacaq. İcazə yoxdur, kombiyə. Bu il gəlib dedilər ki, “AAAF”-ın Azəriqaza 600.000 AZN borcu var. İstilik olmayacaq, gedin, kombi alın.

İndi camaat gərək evini təzədən dağıdıb, döşəmənin altından borular çəksin. Gedib şikayət edirsən ki, yirsən ki müqavilədə demisiz istilik sistemi, isti su olacaq, deyir borcumuz çoxdu. Gəlib yoxlasınlar görək 600.000 manat camaatın borcudur, ya öz obyektlərinin. Qazanxana dedilər işləyə bilməz. Borc çoxdur, amma öz obyektlərinə görə işləyir hər gün. Evlərə ama verilmir, camaat soyuqdan donur. İşdən evə gedəndə fikirləşə fikirləşə gedirsən ki görək işıq yanır ya yox. Hər gün camaatı elektriklərlə davaya çıxarırlar”.

Şirkət rəhbərliyinin inanılmaz bir qanunsuzluğu isə bu gün baş verib. Belə ki, sakinlərin haqlı narazılıqlarina görə, aidiyyatı qurumlara şikayətlər hazırlayan, insanların qarşısına düşüb müvafiq orqanlara gedən sakin Mahir Şirinov mənzilinə gələrkən gözlənilməz olayla qarşılaşıb.

Əməkdaşımızla söhbətində Mahir Şirinov deyib ki, axşam işdən qayıdarkən dəhlizdəki sayğacının yoxa çıxmasının şahidi olub: “Məni dəfələrlə hədələyiblər. İndi mesaj verir ki, bax, qonşular üçün sayğac tələb edirsən, sənin özünü sayğacsız qoyduq. Mən DİN-nin 102 xidmətinə zəng etmişəm. Bəyan etmişəm ki, əmlakım oğurlanıb və oğru da AAAF rəhbərliyidir”.

Məsələ ilə bağlı şirkətin mövqeyini öyrənməyə çalışsaq da zənglərimizə cavab verən olmadı.