“Gəncə Dəmir Yolu Xəstəxanası”nın baş həkimi dəyişib

17:22 07-01-2020 80

“Azərbaycan Dəmir Yolları” QSC-nin Həkim-Sanitar Xidmətinə məxsus “Gəncə Dəmir Yolu Xəstəxanası” MMC-nin baş həkimi dəyişib.

“Report” xəbər verir ki, indiyə qədər bu vəzifəni tutan Vidadi Seyidovu Bakıdan göndərilmiş Nəvvab Sadıxov əvəz edib.

Xatırladaq ki, sözügedən kommersiya qurumu 2002-ci ildə yaradılıb.