“Tesla” rəhbəri yeni uğurunu rəqslə qeyd etdi - Video

17:50 07-01-2020 75

“Tesla” şirkətinin qurucusu və rəhbəri İlon Mask ...

 

 

“Tesla” şirkətinin qurucusu və rəhbəri İlon Mask Çinin Şanxay şəhəri yaxınlığında elektrikli avtomobil fabrikinin açılışında rəqs edib.

Lenta.ru-nun məlumatına görə, müvafiq video “Twitter” istifadəçiləri tərəfindən yayımlanıb.

Yayımlanan görüntülər “Model Y” elektrikli yolsuzluq maşınının təqdimatı zamanı qeydə alınıb.

Qeyd edək ki, qısa müddətdə inşa edilən Çindəki fabrik ABŞ xaricində ilk belə müəssisə olub.