Qanunsuz ağac kəsən azərbaycanlı cərimə edildi

15:25 08-01-2020 70

Ukraynanın Volın rayonunun meşə ərazisində Azərbaycan vətəndaşı 64 ağacı kəsib.

“Press-centr”in məlumatına görə, Azərbaycan vətəndaşının Pıdrızki meşəsindəki ərazidə qanunsuz olaraq 2-3 metr uzunluğunda 51 ədəd şam ağacını və 2,5 metr olan 13 ardıc ağacını qanunsuz kəsdiyi müəyyən edilib.

Törətdiyi əməli etiraf edən həmin şəxs meşəyə təxminən 32 min qrivna (2.294 AZN) zərər vurub.

Məhkəmə qərarı ilə o, 17 min qrivna (1.218 AZN) cərimə ödəyəcək.