İşdən çıxarılan rəis şəhərdə şəxsi radar qoyubmuş- Sensasiya

15:32 08-01-2020 90

ATV-nin keçmiş əməkdaşı İlkin Əhmədov Bakı Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun işdən çıxarılmasının səbəbləri barədə maraqlı məlumat paylaşıb. 

Yenisabah.az xəbər verir ki, İlkin Əhmədov əvvəlcə 2011-ci ildə Nuşirəvan Səfərovun ATV rəhbərliyinə zəngindən sonra işdən çıxarıldığını xatırladıb. 

“İşdən çıxarılan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov 2011-ci ildə ATV-nin o vaxt prezidenti olan Tağı İbrahimova zəng edib demişdi ki, İlkin məni aylıq 3000 manat tasa qoymaq istəyib, mən də verməmişəm, başlayıb tənqid etməyə. Mənim də Eldar Mahmudov kimi vaxtlarım olub e! Bütün məmurları tasa qoymuşdum! Təbii ki, işdən çıxarıldım. Axı o boyda idarə rəisi, polkovnik yalan deyə bilməz!”, -deyə İlkin Əhmədov bildirib.

O, daha sonra Nuşirəvan Səfərovun işdən çıxarılmasının səbəblərinə toxunaraq bildirib: “İndi onun işdən çıxarılmasının əsl səbəbi barədə!!! Məndə olan məlumata görə, Səfərovun qeydiyyatda olmayan 10-dan artıq radarın quraşdırılmasında əli olub və nazir də ona görə işdən çıxarıb. Baş Dövlət Yol Polisi İdarəsinin alay komandiri Balakişi Əhmədovun buna dəxli var, ya yox, yalan deyərəm. Hələlik bu qədər”.

1

Onu da bildirək ki zamanla yerli mətbuat Bakı Dövlət Yol Polisi İdarəsinin keçmiş rəisi Nuşirəvan Səfərovun mülkləri haqda yazılar yayımlayıb. Həmin məlumatlarda qeyd olunurdu ki, BDYPİ keçmiş rəisi, rəsmi maaşı yəqin ki, 1500 manatdan artıq olmayan Nuşirəvan Səfərovun Bakının milyonçular yaşayan prestijli rayonunda – Badamdar qəsəbəsi 2-ci yeni massiv, ev 156 ünvanında yertləşən villasının yerdən və peykdən çəkilmiş görüntüləri var. 

2

Başında kümbəz, qırmızı örtüklü möhtəşəm saray və onun qarşı tərəfində, yeni tikilməkdə olan ikinci villa N.Səfərova məxsusdur. Çox böyük ehtimalla, ikinci villanı N.Səfərov övladına tikdirir.

Bu iki villanın yerləşdiyi ərazi, təxminən 1 hektar sahəni əhatə edir! Bilisinizmi, əgər son 7-8 ildə alınıbsa, təkcə bu torpağın bazar qiyməti nə qədər edir? AZI 8-10 MİLYON DOLLAR! Hazırda, bu iqtisadi böhran şəraitində belə bu ərazidə sənədli torpağın 1 sotu 70-80 min manatdan az deyil!

Təmiz insan N.Səfərovun hazırda yaşadığı qırmızı kümbəzli 4 mərtəbəli sarayı nə vaxt tikdiyini və bu tikintiyə nə qədər vəsait xərclədiyini deyə bilmərik. Dəqiq qiymətləndirmə aparmaq üçün evin içini, təmirin səviyyəsini də görmək lazımdır.Amma heç şübhə etmirik ki, ümumi sahəsi 1000 kvadratla ölçülən bu sarayın tikintisi, təmiri, mebel və digər zəruri əşyalarla təmin olunmasına xərclənən pul da MİLYON MANATLARLAölçülüb. Devalvasiya, böhran, tikinti materialları bazarında qiymətlərin od tutub yandığı bu günlərdə tikintisi var gücü ilə davam edən İKİNCİ VİLLAYA nə qədər xərclənəcəyini isə indi özünüz düşünün!

Belə görünür ki, Azərbaycan xalqını diz çökdürən, milyardlarla valyuta ehtiyatı olan dövləti belə çətinə salan bu iqtisadi böhran, cənab Nuşirəvanın yanından, heç yel olub ötə bilməyib.

000444
Ən dəhşətlisi isə bilirsinizmi nədir? İkinci villanın tikintisinə uniformalı DYP əməkdaşları nəzarət edir. Açıq-aşkar. Qorxub-çəkinmədən, utanıb-ar eləmədən!Əməkdaşlarımız iki gün əvvəl ərazidə müşahidə apararkən, şahidi olublar ki, 90—300 dövlət nömrə nişanlı, BMV markalı DYP avtomobilindən düşən 2 gənc DYP əməkdaşı, BMV markalı avtomobildən düşən 23-25 yaşlarında gənclə (Çox böyük ehtimalla bu gənc N.Səfərovun oğludur-red) tikintiyə aid məsələləri danışa-danışa tikinti sahəsinə daxil olublar. “Hansı qanun və haqla N.Səfərov dövlət işçilərini özünün şəxsi təsərrüfatında işlədir?” – deyə soruşmaq olar. Amma biz soruşmuruq, nəyimizə lazım?…
Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, ikinci villanın tikildiyi ərazini N.Səfərov qonşusundan bu yaxınlarda alıb, ordakı evi uçuraraq, yerində yeni villanın tikintisinə başlayıb.
Bu təkzibolunmaz faktlar, foto və peyk görüntüləri ondan xəbər verir ki, polkovnik Nuşirəvan Səfərovun hər iki giriş küçəsindən qarşısına şlaqbaum qoyulmuş, təkcə hasarının üzlənməsinə bir sərvət xərclənmiş, Bakının ən prestijli rayonlarından birində yerləşən malikanəsi, ən azı 15 MİLYON DOLLARA başa gəlib!

Mənbə euroasianews.blogspot.com