Ötən il dünyada bu qədər jurnalist öldürülüb

19:40 08-01-2020 95

Beynəlxalq Jurnalistlər Federasiyası (BJF) 2019-cu ildə dünyada 49 jurnalistin və media işçisinin öldürüldüyünü qeydə alıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Jurnalistlər Federasiyası məlumat yayıb.Öldürülən jurnalistlərin sayı 2018-ci ilə nisbətən xeyli azalıb. Belə ki, o vaxt 95 ölüm faktı qeydə alınmışdı.

BJF jurnalistlərin öldürüldüyü 18 ölkənin siyahısını da dərc edib. Afrikada 9, Asiya-Sakit okean regionunda 12, Avropada 2, Latın Amerikasında 18, Yaxın Şərq və ərəb ölkələrində 8 media işçisi qətlə yetirilib. Meksika korrupsionerlərin və narkobaronların fəaliyyətini təhqiq edən 10 jurnalistin ölümü ilə ən təhlükəli ölkələrin siyahısına başçılıq edir. Məqsədyönlü hücumlar Əfqanıstanda 5, Pakistanda isə 4 jurnalistin həyatına son qoyub.