Baba Rzayev 118 milyonu hara xərcləyib?

15:30 13-01-2020 70

“Azərenerji” şefi Mingəçevir SES-dəki binaların təmir işlərini qardaşı Emin Rzayevə məxsus olan “Santral Elektrik” LTD şirkətinə tapşırıb və aparılan təmir işləri isə dekorativ xarakterli olub...

Uzun müddətdən bəri “Azərişıq” ASC-ni də öz tabeçiliyinə qatmaq istəyən, hətta bu qurumun tabeçiliyndə olan alternativ enerji stansiyalarını prezidentlə görüşdə öz adına çıxan Baba Rzayevin arzusu gözündə qaldı.

Hələ Baba Rzayev Azərişıq” ASC-yə rəhbərlik etdiyi dövrdə əsas yükü çiyinlərində daşıyan, bu qurumdakı innovasiyaların əsas müəllifinə etimad göstərilməsində qeyri-adi heç nə yoxdur. Baba Rzayev isə “Azərenerji”yə gedəndən sonra sanki “Azərişıq” rəhbərliyinin əl-qolu açılıb, innovativ tətbiqlərin miqyası və intensivliyi genişlənib. Baba müəllim isə “Azəreneri”də kiçicik yenilik belə həyata keçirə bilməyib. Çünki orada yenilikçi müavini yoxdur. Görünür, cənab prezident kadr islahatları çərçivəsində gənclərə yer verərkən məhz belə halları nəzərə alır.

Картинки по запросу

Qeyd edək ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev quruma təyinat aldıqdan sonra inzibati və yardımçı binaların təmirinə dövlət büdcəsindən ayrılmış 118 milyon manat xərcləyib. Bu barədə PİA.az-a daxil olan məlumatda bildirilir ki, həmin vəsaitin əsas hissəsi “Azərenerji” ASC-nin “20 yanvar” mertrostansiyası yaxınlığındakı inzibati binasın təmir işlərinə sərf edilib.

Mənbə bildirib ki, vəsait əsasən Mingəçevir SES-də turbinlərin təmirinə ayrılsa da SES-də bir turbin belə dəyişdirilməyib. Bu üzdən də Mingəçevir SES-də təqribən 6 ay əvvəl qəza baş verib və ölkə miqyaslı hadisə ictimaiyyətdən gizli saxlanılıb.

Mənbə onu da bildirib ki, Balababa Rzayev Mingəçevir SES-də də binaların təmir işlərini qardaşı Emin Rzayevə məxsus olan “Santral Elektrik” LTD şirkətinə tapşırıb və aparılan təmir işləri isə dekorativ xarakterli olub. Bütün hallarda mənbə Mingəçevir SES-də növbəti qəzanın baş verə biləcəyi ehtimalını istisna etməyib. Çünki texniki baxımdan hələ də Mingəçevir SES-də köhnə texnologiyadan istifadə olunmaqdadır. Yeni turbinlər isə alınmayıb.

santry

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda yayılan məlumatlarda qeyd olunurdu ki, “Santral Elektrik” LTD şirkətinə rəhbərlik edən Emin Rzayev qardaşı Baba Rzayevin sayəsində həm milyonçuya çevrilib, həm də böyük biznes imperiyasının əsas idarəedicisidir. Paytaxtın Dərnəgül şossesində yerləşən “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə, 100 faizi Baba Rzayevin ailəsinə məxsusdur. “Santral Elektrik” LTD Ədliyyə Nazirliyində 2003-cü ildə qeydiyyata alınıb. Məhz Baba Rzayevin sayəsində “Santral Elektrik” illərdi milyonluq layihələr qazanıb.

Yayılan məlumatlarda o da qeyd olunub ki, bir müddət əvvəl Baba Rzayev qardaşını Xətai raron İcra Hakimiyyətinə başçı gətirmək niyyətində olduğuna görə, “Santral Elektrik” LTD şirkətini Emin Rzayev Baba Rzayevin qaynı İlham Həsənova təhvil verib. Lakin bu məlumatın nə qədər doğru olub-olmadığını müəyyənləşdirə bilmədik. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı “Azərenerji” ASC-yə olunan zənglərimizə cavab verən olmadı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Mənbə pia.az