Narkoloji Mərkəzin direktoru işdən çıxarıldı - Yeni təyinat

16:26 14-01-2020 65

Respublika Narkoloji Mərkəzinin baş direktoru vəzifəsindən azad edilib.

paralel.az xəbər verir ki, bu barədə Səhiyyə Naziri Oqtay Şirəliyev əmr imzalayıb.

14.01.2020-ci il tarixli əmrə əsasən, Respublika Narkoloji Mərkəzinin baş direktoru Araz Əlihüseyn oğlu Manuçeri-Lalen öz xahişi ilə tutduğu vəzifədən azad olunub. 

Səhiyyə Nazirinin digər əmri ilə 1 saylı Psixiatriya Xəstəxanasının şöbə müdiri Orxan Rasim oğlu Cəfərov vəzifəsindən azad edilərək, Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

Könül Cəfərli