Rusiyanın bu vilayətindən azərbaycanlılar deportasiya edildi

16:27 14-01-2020 45

Ötən il ərzində Rusiyanın Penza vilayətindən 120 qanunsuz miqrant çıxarılıb.

Penzasmi.ru-nun xəbərinə görə, bu barədə ərazi üzrə Baş Polis İdarəsindən bildiriblər.

Xəbərdə deyilir ki, Penza vilayətindən çıxarılan 120 miqrant Azərbaycan, Ukrayna, Qazaxıstan, Tacikistan, Özbəkistan, Ermənistan və başqa ölkə vətəndaşlarıdır.

Onlar miqrasiya qaydalarını pozmaqda günahlandırılıblar.