Adil Vəliyevin xidməti avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozub - VİDEO

17:44 15-01-2020 60

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin xidməti avtomobili yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

MillətinSəsi.info-nun xəbərinə görə, videogörüntüdən görünür ki, icra başçısı Bakıxanov qəsəbəsi, Sülh küçəsində xidməti "Audi" markalı avtobobillə əyləşir, sonra isə yol hərəkəti qaydalarını pozaraq qarşı yola keçir.

Bundan sonra da yol hərəkəti qaydalarını kobud şəkildə pozmaqda davam edir. İçərisində icra başçısının özünün də olduğu avtomobil işıqforun qırmızı işığında yoluna davam edir.

Mənbə Criminal.az