Hematoloji xidmətdə kütləvi ixtisarlarla bağlı məlumatlar həqiqətə uyğun deyil — YENİLƏNİB

15:48 16-01-2020 55

 

Bir sıra kütləvi informasiya vasitələrində Azərbaycanın hematoloji xidmətində kütləvi ixtisarlarla bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.

 

Bu barədə Oxu.Az-a səhiyyə sahəsindəki mənbə məlumat verib. Onun sözlərinə görə, B.Ə.Eyvazov adına Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva respublikanın hematoloji xidmətində işini davam etdirir.

 

“Z.Əlimirzəyeva əla mütəxəssisdir” deyən həmsöhbətimiz Z.Əlimirzəyevanın işini hansı vəzifədə yerinə yetirdiyini bildirməyib. O, həmçinin Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynovun Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəhbəri (icraçı direktor) vəzifəsinə təyin olunduğunu qeyd edib.

 

Yeni struktur 23 dekabr 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən yaradılıb. Fərmana əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılıb.

 

Mənbə qeyd edib:

 

“Dövlət başçısının TƏBİB-in yaradılması ilə bağlı fərmanı ölkədə normal fəaliyyət göstərən hematoloji xidmətin həyata keçirilməsi məqsədi daşıyır. İndi bu istiqamətdə aktiv işlər görülür, o cümlədən qurumun heyəti formalaşdırılır. Ancaq heç bir işdən çıxarılmadan danışmaq olmaz. Bir nəfər də istefa məktubu yazmayıb və mərkəz rəhbəri bu cür əmr verməyib. Ümumiyyətlə, ölkənin hematoloji xidməti normal işləyir”.

 

***

B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutuna (Qanköçürmə İnstitutu) yeni direktor təyin edilib, əvvəlki rəhbər Zöhrə Əlimirzayeva isə işdən çıxarılıb.

 

Medicina.az xəbər verir ki, onun yerinə Talassemiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov təyin edilib.

 

Xəstəxanadan saytımıza bildirilib ki, yeni direktor işə başlayandan dərhal sonra kadr dəyişikliklərinə başlayıb, bir neçə həkimin ərizəsi alınıb. Onun ciddi kadr dəyişiklikləri edəcəyi gözlənilir.