Təcili yardım maşını qəzaya düşdü: ağır yaralılar var - Video

15:12 13-05-2019 96

Paytaxtın Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-ya istinadən xəbər verir ki, Ələt qəsəbəsində təcili yardım avtomobili qəzaya düşüb. Qəza nəticəsində 1963-cü il təvəllüdlü Səhər Haqvediyeva, 1962-ci il təvəllüdlü Xanım Zərbəliyeva və 1995-ci il təvəllüdlü Sibel Məmmədli müxtəlif xəsarətlərlə 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan şəxslərin vəziyyətləri orta-ağırdır. Hər 3 şəxs Kliniki Tibbi Mərkəzə gətirilib.