Qarabağ icmasının sədri dəstək çağırışı etdi

11:19 14-05-2019 89

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin rəsmi Tvitter hesabının üzərinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Axar.az xəbər verir ki, bunu icma rəhbəri Tural Gəncəliyev deyib.

"Gələcəkdə icmamıza qarşı bu kimi halların davam edəcəyini və icmaya qarşı saxta iddia və şikayətlərin ola biləcəyini ehtimal edərək, İcmanın rəsmi hesabının bir daha bağlanmaması üçün səhifəni dəstəkləməyə və paylaşmağa çağırıram", - deyə T.Gəncəliyev əlavə edib.