“Azərbaycanın əleyhinə düşmənçilik kampaniyası aparanlar satqınlardır”

12:48 14-05-2019 36

Tapdıq Abbas: “ Ölkəmizin inkişafı çoxlarının yuxusunu ərşə çəkib

 Azərbaycana qarşı xaricdən təhdidlər ara vermədən davam edir. Məlum şəbəkə artıq xeyli vaxtdır yeni taktikaya əlatıblar. Ölkəmizi müxtəlif səbəblərdən tərk edib, xaricdə mühacir həyatı yaşayan vətəndaşlarımızın arasındanseçilmiş xəyanətkarlar dövlətimizin, hakimiyyətin əleyhinə aşağılayıcı təhqirlərlə kampaniya aparır, ölkəmizinüfuzdan salmaq üçün hər cür rəzilliyə əl atırlar. Bunun səbəbləri barədə qəzetimizin baş redaktorunun fikirlərini oxuculara təqdim edirik.

- Tapdıq bəy, son zamanlar xaricdə ölkəmizə qarşı iyrənc kampaniya aparılır və bu kampaniyada xaricimühacirlərdən daha çox istifadə olunur, bunu nə ilə izah etmək olar?

- Sualınıza cavab olaraq bəri başdan qeyd edim ki, ölkəmizə qarşı xaricdə aparılan düşmənçilik kampaniyasınınkökündə bir neçə məsələ durur və bunlardan ən əsası ölkəmizin sürətli, hərtərəfli inkişafı və dünyada mövcudolan hərbi bloklardan heç birinə qoşulmadan müstəqil, uğurlu siyasət aparmasıdır. Bilirsiniz ki, Azərbaycanregionda və dünyada yüksək nüfuz qazanıb. Ölkəmizdə insanların rifah halı xeyli yüksəlib. Dövlətimiz regionun ənqüdrətli mərkəzlərindən birinə çevrilib. Paytaxtımız mədəniyyətlərarası sivilizasiyanın bütün müsbət çalarlarınıözündə əks etdirən dialoqların keçirildiyi şəhərə çevrilib. Paytaxtımızda keçirilən V Bakı Forumunun iştirakçıları vəqonaqlarının ölkəmiz haqqında söylədikləri yüksək rəy, məhz dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi də çoxnarahat edir. Ölkəmizdə hər gün yüksələn həyat şəraiti günbəgün artan xətt üzrə inkişaf edir.

Cənab prezidentin son bir neçə ayda həyata keçirdiyi dərin struktur islahatları nəticəsində ölkənin çevik şəkildəidarə olunması təmin edilir və bu, xalqın rifah halının yaxşılaşmasına müsbət təsir edir. Bu ilin fevral ayındanbaşlayaraq, əməkhaqların, təqüdlərin, sosial müavinətlərin iki dəfədən çox artırılması, yeni təqaüdlərin təyinolunması, şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, qaçqın və köçkünlərin maddi-məişət şəraitininyaxşılaşdırılması sahəsində əldə edilən uğurlar bəlli məkirli qüvvələri çox narahat edir. Ona görə də, xaricidüşmən qüvvələr mühacirətdə olan soydaşlarımızın müəyyən səbatsız kəsiminin sərsəmliyindən istifadə edərək,onları ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasına cəlb edirlər.

Bu kampaniya səviyyəcə o qədər aşağıdır ki, dövlətimizin və xalqımızın yüksək səviyyədə olan monolit birliyinəmənfi təsir etmək gücünə malik deyil. Xalqımızla Prezidentimizin vəhdəti, həmrəyliyi çox güclüdür və heç birqüvvə bu vəhdəti sarsıda bilməz. Yəqin, ölkə Prezidentinin və Birinci vitse-prezidentin xalqımızın nümayəndələri,müxtəlif sosial qruplar ilə  görüşlərinin nə qədər yüksək səviyyədə, mehribançılıq, qarşılıqlı hörmət, məhəbbət vəetimad səviyyəsində keçdiyini görən düşmənlər ölkəmizi təhdid etmək üçün ayrı yol tapa bilmirlər, çox acizduruma düşüblər və yeganə çıxış yolunu xarici təsirlər altında sayıqlığını itirmiş bəzi soydaşlarımızdan istifadəetməkdə görürlər.

- Sizcə, özünü radikal müxalifət hesab edən bəzi siyasi partiyaların həmin qüvvələrə dəstək vermələrininə ilə izah etmək olar?

-Yuxarıda qeyd etdiyim kimi, istər xarici düşmənlər olsun, istər ölkəmizi tərk edib mühacirət edənlərin bəziləri vəeləcə də, özünü müxalifət hesab edib, düşmənlərin xaricdə ölkəmiz barəsində apardıqları çirkin kampaniyanıdəstəkləyənlərin hamısı bir məqəsədə xidmət edirlər. Bunların hamısının məqsədi, nəyin bahasına olur-olsun,Azərbaycan hakimiyyətini hörmətdən salmaq, ölkə rəhbərliyini ləkələmək, ölkədə insan haqlarının, söz və mətbuatazadlığının olmaması barədə ictimai rəy formalaşdırmaq və beləliklə, xalqı və beynəlxalq ictimaiyyəti çaşdırmaq,ölkədə qarışıqlıq, xaos yaratmaqla, ölkəni xarici qüvvələrin təsiri altına salmaq və çoxsaylı şəhidlərin hesabına çoxçətinliklə qazandığımız müstəqilliyimizi boğmaqdır.

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, bütün sahələrdə ölkəmizin yüksək sürətlə inkişaf etməsi və dövlətbaşçımızın müstəqil siyasət yeritməsi, heç bir dövlətin vassallığını, himayəsini qəbul etmədən, dinc yanaşıyaşamaq siyasəti həyata keçirməsini nəinki düşmənlərimizin, heç özünü bizə dost kimi göstərməyə çalışandövlətlərin özləri də sinirə bilmirlər. Məsələn, Rusiyanı özümüzə dost ölkə kimi, qəbul etməyə məcburuq. AmmaAzərbaycan Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllinin də məhz Rusiyadan asılı olduğunu hər birimizyaxşı bilirik. Əgər Rusiyanın beynəlxalq ictimaiyyətdən çəkinəcəyi olmasa, Azərbaycanı elə bu gün sərhədlərinəqatar. Yaxud götürək, qonşu İranı, məgər imkanı olsa, gücü yetsə, İran müstəqil Azərbaycan dövlətininmövcudluğuna dözərmi?! Qətiyyən!

Ona görə də, hazırda özünü ölkənin vicdanlı vətəndaşı hesab edən hər bir kəs ölkəsini sevməli, müstəqilliyimizinqiymətini dərindən dərk etməlidir, müvəqqəti çətinliklərə görə, dövlətinə qarşı çirkin addımlar atılmasında iştiraketməməlidir, və bu cür addım atanlara qarşı çıxmalıdır.

 Tapdıq ABBAS
Baş redaktor, “Əməkdar mədəniyyət
işçisi,"Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

 Söhbətləşdi Züleyxa Ələkbərqızı