Qədim xəzinələrimiz hansı çətinliklər bahasına ortaya çıxarılır?

12:49 14-05-2019 37

Fəhləyə 8, eşşəyə isə 40 manat...

Azərbaycanın tarixinin nə qədər zəngin və qədim olduğunu yazsaq, ondan nə qədər bəhs etsək, yenə də azdır.Qələm əhlinə tariximizin bir abzaslıq məlumatını şərh etmək üçün bütöv qəzet nüsxəsinin bəs etməməsi dəməlum məsələdir. Lakin təkcə tarixçilər deyil, bu sahədən kənar olanlar belə, tariximizin qiymətini heç olmasa, bir-iki sözlə ifadə etmək bacarığına qabildir. Tariximizin hansı qiymətdə olduğunu ortaya çıxaran məxəzlər isə, təkcədaş kitabələr, qədim əlyazmalar, salnamələr deyil. Arxeologiya deyilən bəlli bir sahə var ki, var olmuş, sonradanyoxa çıxmış, məhv edilmiş mədəniyyətlər, sivilizasiyalar məhz onun vasitəsilə üzə çıxarılır, öyrənilir, təqdim edilir.

Amma tariximizin vacib bir qolu hesab edilən arxeologiya barədə indi bəhs edəcəyim problemlərin var olduğunuheç güman etməzdim. Daim ağızdolusu danışdığımız, fəxr etdiyimiz, düşmən qonşumuzun yaranan hər imkandaoğurlamağa cəhd etdiyi tariximizin araşdırıcılarının qədim maddi-mənəvi xəzinəmizi hansı çətinliklər bahasınaortaya çıxardığı da bəlli olmazdı; ta ki Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimovanınbugünlərdə diqqətimi çəkən müsahibəsini oxumasaydım...

İnstitut rəhbərinin söylədiyindən aydın olur ki, bu gün ən çətin sahə hesab edilən arxeologiya sahəsində həllimümkün olan, amma nədənsə diqqətdən kənar qalan problemlər mövcuddur. Bu problemlərdən biriekspedisiyalara olduqca az vaxtın, cəmisi bir ayın ayrılmasıdır. Yəni öncələr ekspedisiyalar aylarla çəkərdi, lakinNazirlər Kabineti indi vaxt məhdudiyyəti qoyub. Bir ay müddətində arxeologiya aparmaq üçün vaxtın azlıq təşkiletməsini isə, bu sahədən bixəbərlər də anlaya bilər. Yuxarıda qeyd etdiyimiz kimi, tariximiz qərinələrlə, əsrlərlə,minilliklərlə ölçülürsə, onun qiymətli məxəzlərini, abidələrini, silinmiş sivilizasiyaların maddi-mənəvi qalıqlarınıaxtarıb-tapmaq üçün zaman baxımından bir ay deyil, illərin lazım olduğu qənaətindəyəm. Eyni zamanda, oqənaətdəyəm ki, institut direktorunun Nazirlər Kabinetinə mövcud vaxtı uzatmaqla bağlı dilə gətirdiyi istəyi dəgünün vacib məsələlərindən biridir.

Problemdən bəhs etdik, gərəkdir müsbət tendensiyalara da obyektiv yanaşaq. İnstitut rəhbəri söyləyir ki, vaxtiləarxeologiya elminə maraq az və bu sahəyə üz tutanlar məhdud sayda olub. Fəqət sözügedən qurum indi həminproblemi yaşamır.

Lakin yaxşı mətləblərdən söz açanda da, problemlər təcili özünü yetirir. Bu da Azərbaycanda hələ də arxeologiyafakültəsinin olmamasıdır. Maraqlıdır, bu sahə nə dərəcədə vacib, eyni zamanda, tariximizlə birbaşa bağlı olsa da,universitetlərdə sözügedən fakültənin olmaması təəssüf doğurur. Bir-birini təkrar edən, bəzi hallarda isə zamanlaayaqlaşmayan fakültələrin mövcud olduğu ali təhsil müəssisələrimizdə indiyədək nədən arxeologiya fakültəsininaçılmaması elə açıq qalan suallardandır. Maisə xanımın söylədiyinə diqqət etsək, universitetdə cəmi bir semestrarxeologiya dərsinin keçirilməsinin qarşılığında, tələbə bir semestrdə arxeologiyadan nə öyrənə bilər ki?!

İnstitut rəhbəri qeyd edir ki, bizə arxeoloqlar, paleontoloqlar, antropoloqlar lazımdır. Sitat: “Çünki arxeologiya işləribir neçə elmin qovşağında aparılır. Buna görə də arxeologiya fakültəsinin yaradılması vacibdir”... Zənn edirəm,sözügedən məsələ bizim diqqətimizi cəlb etdiyi kimi, Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin rəhbərlərinin dədiqqətindən kənarda qalmayacaq.

M.Rəhimovanın diqqətimi çəkən bir açıqlamasını isə sonda yazmaq istədim. Xanım direktor qeyd edir ki, arxeolojiqazıntılar zamanı işçi qüvvəsi tapmaqda çətinlik çəkirlər. Bu sahədə ən böyük problem fəhlə çatışmazlığıdır. Niyə?Çünki arxeoloqların beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarı yoxdur. İşin digər çətinliyi isə, fəhlələrə ayrılanpuldur. Yenə də sitata üz tutaq: “Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır.Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüzfikirləşin - istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədəçalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var”...

Belə. Arxeologiya və etnoqrafiya rəsmisinin söylədikləri mövcud mənzərəni dəqiqliklə çəkdiyindən, əlavə şərhə vəgeniş mülahizələrə ehtiyac görmürəm. Geniş müzakirələr, diqqətin sözügedən sahəyə yönəldilməsi əlaqədarqurumların, büdcə təşkilatının işi olmalıdır bundan sonra. Zənnimcə, bu sahəyə bir qədər doğma münasibətinolması yetər, axı söhbət, təkrarçılıq olmasın, tariximizdən, keçmişimizdən və ona söykənərək ümidlə baxdığımızgələcəyimizdən gedir.

Min illəri yora-yora gələn tariximizin hələ də qatı açılmayan səhifələrinin, maddi-mənəvi irsinin, yerüstü abidə vəyeraltı mədəniyyətlərinin öyrənilməsi üçün lazım olan əsas iş maddiyyatdan keçirsə, onu lüzumsuz istiqamətlərəxərcləyən büdcə təşkilatlarından alıb bu sahəyə vermək gərəkdir.

Ali təhsil ocaqlarının, universitetlərin arxeologiya fakültələri açmaqla hər birimizin olan tariximizə bir töhfə verməsigərəkdir.

Bir də gərəkdir o qazıntıları aparan fəhlə qüvvəsinə də elə insanlığa layiq olan qiymət, məhz hərfi mənada olanqiymət verilsin.

Nigar Orucova