Bakıda "binaların idarəedilməsi" biznesi

12:51 14-05-2019 95

MTK-lar öz qazancı üçün əhalinin həyatını riskə atır

Sovetlər dönəmində hündürmərtəbəli binaların idarə edilməsi ümumi qaydada həyata keçrilirdi, inzibati mərkəzəhali arasında "JEK" kimi məşhurlaşan Mənzil İstismar Sahələri idi. Onlarla binanın idarə edilməsinə bir "JEK"baxırdı, işinin də öhtəsindən gələ bilirdi. Düzdür, həmin dövrlərə aid tənqidi-satırik verlişlərdə və mətbuatda ən çoxtənqid edilən də, elə bu qurum idi. Bunun isə özəl səbəbi var idi - birincisi, bu qrumun rəhbəri o dövrün ən aşağıranql məmuru sayılırdı - hamı "JEK"i ən axrıncı idarəetmə həlqəsi sayırdı. İkincisi isə bu quruma qeyri-adekvat iştapşırılmışdı, bəzən bir "JEK" on və daha çox binaya xidmət göstərirdi. İndi də Bakıda köhnə binaların böyükəksəriyyəti elə həmin sistemlə idarə edilir. Lakin paytaxtda tikilən yeni göydələnlər haqqında bunu deyə bilmərik.

Yaxından tanıdığım bir dostumun 20 illik arzusu 2 il əvvəl axır ki, hasil oldu - paytaxtın mərkəzindəkigöydələnlərdən birinin 15-si mərtəbəsində 250 kvadratmetirlik bir mənzil aldı. Cəmi bir il yaşadıqdan sonra mənzilixarici vətəndaşa kirayə verib, şəhərdəki beşmərtəbələrin birinə köçdü və orda kirayədə yaşamağa başladı.Məsələdən xəbər tutanda, soruşdum ki, bu nə məsələdi. Tanışım dedi ki, dərdimi təzələmə, ömrüm boyu omənzili almaq üçün çalışmışam, amma bir il zorla yaşadım orada - guya mənə mənzil satıblar, bir ətək pulumualıblar, məni öz mülkümdə kirayə yaşamağa məcbur edirlər. Tanışımın dediyinə görə, ondan hər ay 500 manatkommunal xidmət haqqı tələb ediblər. O da havalanıb, intahar həddinə çatanda komendant ona yol göstərib -sənə ayı 2-3 min manata kirayənişin tapım, hər ay gəl pulunu al, həmin pulla həm kirədə qal, həm də dolan, ya daget ipoteka götür. Komendantın dediyi tanışımın ağlına batıb, mənzilini bir milyonçu ərəbə ayı 3 min manata kirayəverib, özü isə şəhər kənarında 500 manata kirayədə qalır.

Yuxarıda nəql etdiyim hekayə, sadəcə bir nümunədir. Bakıda belə insanların sayı minlərlədir. Yenə nümunəgətirdiyim tanışım yolunu tapıb, pullu-ağıldan yüngül ərəb ələ keçirə bilib. Amma insanlar var ki, ev alıb, kommunalxidmət xərclərini ödəməyə imkanı yoxdur. Hətta MTK-lardan biri belə vətəndaşları hədələyir ki, "borcunuza görəsizi məhkəməyə verib evinizi hərracda satdırıb borcumuzu bağlayacağıq". Onu da qeyd edim ki, elə bir təcrübə -president artıq var. Nuyu-York məhkəməsi deyil ki, bura Azərbaycandır, məhkəmədən hər cür qərar eşitmək olar.

Artıq MTK-lar bu istiqamətdə peşəkarlaşıb, sakinlərin bu şərtlər daxilində yaşamaq istəməməsini də nəzərəalıblar. Belə ki, qanunvericiliyə görə, hər bir və bir neçə hündürmərtəbəli binanın sakinləri həyətin idarə edilməsiməqsədi ilə MMS yarada bilər və bu halda qrumun sahibi həmin binanın sakinləri sayılır. Onların seçdikləriadamlar binanı idarə edir, bütün xidmətlərin qiymətini isə sakinlərin ümumi toplantısı müəyyənləşdirir. Lakinsakinlərin bu hüquqdan istifadə edə bilməməsi üçün MTK-lar min-bir bəhanə ilə mənzilin sənədini sakinlərəvermir. Hətta, elə binalar var ki, bu məsələyə görə MTK tikdiyi mənzili dövlət komissiyası tərəfindən qəbuledilmədən məskunlaşdırıb, bu gündə heç kimə bəlli deyil ki, o bina istismar üçün yararlıdır, yoxsa yox. Bakışəhərində 400-ə yaxın belə göydələn var. Dövlət başçısı bu ilin yanvar ayında həmin binaların müayinə edilərəkstandartlara uyğun gələnlərin dövlət qrumları tərəfindən qəbul edilməsi, qalanlarının isə nöqsanlarının aradanqaldırılması üçünq tədbirlər görülməsi barədə fərman imzalayıb. Fərmana əsasən iş üç ay müddətində başaçatdırılmalı idi. Bu ilin dörd ayı ərzində cəmi 17 bina istismara yararlı hesab olunaraq təhfil verilib. Qalan 300-dənçox binada məsələ neçə həll ediləcək, həmin binalar yaşayış üçün yararlıdırmı, hələ bu suala cavab verən birdövlət qrumu tapılmır.

Ataların bir sözü var: "Ayının min oyunu bir armudun başındadı". İndi də paytaxt Bakıda bu istiqamətdə yarananproblemlərin başlıca səbəbi MTK-ların daha çox qazanmaq arzularıdır. Onlar qoyduğu kapitalın bir neçə qatınısatışdan götürsə də, əlavə olaraq binanın idarəedilməsini də qeyri-qanuni biznesə çevirib, oradan da pulqazanmaq istəyirlər və bu istəyi həyata keçirməyə nail olurlar. Dünyanın heç bir yerində yaşayış binalarınidarəedilməsi zorla biznesə çevrilmir. Sadəcə, elə ölkələr var ki, orada varlı elita kompakt yaşayır və idarəetməüçün elit bir şirkət dəvət edirlər, şirkət binanı onların arzularına uyğun idarə edir. Bizdə isə MTK binanı zorlaidarəetməyə götürür və sakinlərə öz şərtlərini diktə edir. Məsələnin bu cür qoyuluşu heç bir kriteriyalara uyğungəlmir, ona görə də problemin həlli məqsədi ilə hökumət tərəfindən daha təsirli tədbirlər həyata keçrilməlidir.

 Akif Nəsirli

Z-LATIN style="mso-ansi-language:EN-US"> etmək, istedadlı gəncləri aşkara çıxarmaq və onların bədii-estetiksəviyyəsini yüksəltməkdir.