Sabiq nazirin jurnalisti təhqir etməsi yadımdan çıxmaylıb?

12:52 14-05-2019 90

Hər bir insanın vətəndaş haqqı olduğu kimi, sabiq səhiyyə naziri, 14 il məhbəs həyatı yaşamış Əli İnsanovun daölkə vətəndaşı kimi, konstitusiyon hüqqları qorunur. Artıq o, da ölkə Prezidentinin yüksək humanizm prinsipigöstərib çox sayda məhbusları azadlığa buraxmasından sonra vaxtından xeyli  əvvəl azadlığa buraxılıb.

Əli İnsanovun kimliyi, həyat yolu xalqımıza yaxşı məlumdur. Onun sıravi həkimdən, nazir kürsüsünə qədəryüksələn xətlə inkişafı da heç kimə qaranlıq deyil. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci qayıdışından sonraƏli İnsanovun ulduzunun parıltısı, şəfəqləri qısa zamanda hər yana sürətlə yayıldı. Səhiyyə naziri postunu tutdu.Nazir kürsüsündə əyləşərkən, onun hərəkətləri nazir kreslosunun həddini qat-qat aşaraq, ölkənin idarəolunmasında mərkəzi füqurlardan birinə çevrilmişdi. Tək səhiyyə sisteminə aid olan vəzifələrə deyil, həttarayonlara icra başçısı, polis rəsisi, prokurorların və digər vəzifəli şəxslərin təynatına həyata keçirə biləcək qədərgücə malik idi. Necə deyərlər, nazirlərin naziri kimi, hər kəsdən seçilib, hakimiyyətin ön sırasında dayanırdı. Birsözlə, ölkədə Əli İnsanovun “kəsdiyi başa” sorğu-sual yox idi, atını hansı səmtə istəsə, çapa bilirdi ...

Yuxarıda Əli İnsanov barəsində söylədiyim şan-şöhrət və sərvəti ona Ulu Öndər Heydər Əliyev bəxş etmişdi. Hamıgözləyirdi ki, Əli İnsanov azadlığa buraxıldıqdan sonra ilk olaraq mərhum Ulu Öndərin xatirəsini yad etməkməqsədi ilə Onun qəbrini ziyarət edəcək. Lakin Əli İnsanov öz ləyaqət borcunu yerinə yetirə bilmədi!... Hər kəsonun bu yanlış hərəkətinə səviyyəsizlikdən özgə ad vermədi və haqlı olaraq qınadı. Bu qınaq haqlıydı. Ona görə ki,məzmunca, mahiyyətcə cəmiyyətdə mənfi reputasiyaya malik olan insanın sıravi həkimlikdən nazir kürsüsünəqədər gedən yolun bələdçisinin- Ulu Öndər Heydər Əliyevin xeyirxahlığını düzgün qiymətləndirməyi Əli İnsanovbacarmadı və bitdi.

Əli İnsanov azadlığa çıxdıqdan sonra ilk müsahibəni ABŞ -ın maliyyələşdirdiyi mediaya- radioya verdi. Müsahibəniizləyən hər kəs Əli İnsanovun şəxsiyyətində və əxlaqında olan kəsirləri aydın müşahidə etdi. İfadələri dəqiqseçmək məharətini göstərməyə çalışan Əli İnsanov müsahibədə ermənilərə olan dərin məhəbbətini də ermənidilində ifadə etməyi unutmadı: “ çörək haradadırsa, vətən oradadır” – dedi! Beləcə, sabiq nazir, 14 il məhbəshəyatı yaşayan Əli İnsanov kimlərə məhəbbət, kimlərə isə nifrət bəslədiyini ortaya qoymuş oldu.

Müsahibəboyu hakimiyyəti tənqid atəşinə tutan Əli İnsanov nazir kreslosunda əyləşəndə lağa, məsxərəyə qoyub,ikrah hissi ilə ələ saldığı müxalifətin haqqını sovunmağı da yaddan çıxarmadı. Müxalifətin mitinqlərininkeçirilməsinə yaradılan maneələri, qadağaları tənqid etdi. Özünün hakimyyətə qarşı kəskin və barışmaz füqurolduğunu, mübarizəni daha ciddi davam etdirəcəyini bildirdi. Maraqlı haldır ki, Əli İnsanov ölkədə azad sözün vəmətbuatın boğulmasından da bəhs etdi və bu zaman nazir kreslosunda oturarkən zaman ona sual ünvanlayanxanım jurnalisti ağır epitetlərlə təhqir etdiyini yadından çıxardı. Sən demə, İnsanov 14 il məhbəs həyatı yaşadıqdansonra azad sözün, mətbuatın qədirinin nə olduğunu indi başa düşüb..

Əli İnsanovun müsahibə və çıxışlarının tezisləri ilə tanış olan hər kəs anlayır ki, o, məhbəsdə olarkən özü üçünböyük mübarizə manifesti hazırlayıb. Bu manifestin müddəalarının nədən ibarət olduğunu hər kəs bilsə də, bumanifestin ideyalarının çürüklüyünü və faydasızlığını təkcə Əli İnsanovun özü bilmir. Çünki ideyası qisasçılıqdan vədüşmənçilikdən ibarət olan bu yanlış mübarizə manifestinin zamanı çoxdan keçib.

 Mahir Abbaszadə