Türkiyədə 1553 hərbçi işdən azad edildi

11:05 15-05-2019 76

Türkiyədə fövqəladə vəziyyətin ləğv olunmasından sonra milli müdafiə nazirinin göstərişi ilə Silahlı Qüvvələrin 1553 əməkdaşı işdən azad edilib.

Azərtac-a istinadən xəbər verir ki, təqaüddə olan 151 hərbçinin rütbəsi də geri alınıb.

Qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələri terrorizmə qarşı mübarizəni davam etdirir. Ölkənin Milli Müdafiə Nazirliyinə bağlı bütün qurumların əməkdaşlarının FETÖ terror təşkilatı ilə əlaqəsi barədə geniş araşdırma aparılır. İndiyədək aparılan araşdırmalar nəticəsində Quru Qoşunlarında 879, Hərbi Dəniz Qüvvələrində 242, Hərbi Hava Qüvvələrində isə 432 nəfər işdən azad olunub.

Araşdırmalar davam etdirilir.