Şirin və Duzlu dənizlər hansılardır ?!

11:21 15-05-2019 151

Bismillahir Rəhmanir Rəhim

Bəzilərinin irad bildirdikləri mövzu Quranda “şirin və duzlu dənizlər” mövzusudur.Əslində məndə hamı kimi Cəbəllütariq boğazı kimi bilirdim bu məsələni ancaq məsələni araşdırandan sonra çox şey aydın oldu mənə.Bu əslində qısa yazılacaq,qısa konkret cavab veriləcək mövzu deyil.Ona görə xahiş edirəm ətraflı izahı sonra qədər oxuyun.Sona qədər oxumasaz heçnə anlamıyacaqsız.Deməli Qurani-Kərimdə bu mövzuda 3 ayənin adı çəkilir:

1) Fatir sürəsi ayə: 12
İki dəniz eyni deyildir. Birinin suyu çox şirin, dadlı və içməyə rahat (boğazdan rahat keçən), digərininki isə həddindən artıq şor və acıdır. Onların hər birindən təzə ət (balıq) yeyir, taxdığınız (inci və mərcan kimi) bəzəklər çıxardırsınız. Onun (Allahın) lütfündən (ne’mətindən) ruzi diləyib axtarmağınız (ticarət etməyiniz) üçün gəmilərin də orada (suyu) yara-yara üzdüyünü görürsən. (Bütün bunlara görə), bəlkə, (Allaha) şükür edəsiniz.

2) Rəhman sürəsi ayə:
19. (Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı).
20. Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar).
21. Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?!
22. Onlardan (o iki dənizdən) inci və mərcan çıxar.

3) Furqan sürəsi ayə: 53
Birinin suyu çox şirin, digərininki isə olduqca şor (acı) olan iki dənizi qovuşduran, aralarında (bir-birinə qarışmamaq üçün) maneə və keçilməz sədd qoyan Odur!

İlk əvvəl 6 Əsr əvvəl Plini açıqlamasının izahı:

Bəziləri Məhəmməd Peyğəmbər(s)-dan 550 il öncə yaşamış olduğu deyilən Gaius Plinius Secundusun(23-79 illər) Naturalis Historia əsərində şirin və duzlu suların qarışmamasını yazdığını bildirirlər.Həmin əsəri internet üzərindən araşdırdım və Kitabın tam versiyasını(I,II) ingiliscə tapdım.Həmin səhifədə düzdür ki dəniz suyu və şirin su haqqında məlumat verilirdi.Ancaq ateist türk saytlarında olan tərcümə ilə eynilik təşkil etmirdi.Yalandan özlərinə lazım olan hissəni tərcümə ediblər,özü də səhv tərcümə.Sizə həmin kitabın(saytın) linkini yazıram və həmin səhifəni bura copy edirəm.Həmçinin türkcə olan tərcüməni də atesilərin saytından copy edirəm:

Türkcə olan tərcümə:
…Denize bir borudan akar gibi karışan tatlı suyun özellikleri daha da ilginç ve harikadır. Çünkü suda hayret edilecek özellikler vardır. Kendisi daha ağır olan deniz suyu, kendisinden daha hafif olan tatlı suyu üzerinde taşır. Dolayısıyla tatlı su, deniz suyundan hafif olduğu için deniz suyuna karışmaz ve denizin üzerinde yüzer. (Gaius Plinius Secundus, Naturalis Historiae II, CVI 224)

İngilsicə kitabdan mətnin əvvəli:
BOOK II. cvi. 224-226
Sayt:http://archive.org/stream/naturalhistory01plinuoft/naturalhistory01plinuoft_djvu.txt

This is rendered more remarkable by springs of fresh water bubbling out as if from pipes on the sea shore.In fact, the nature of water also is not deficient in marvels.Patches of fresh water float on the surface of the sea, being doubtless lighter. Consequently, also sea water being of a heavier nature, gives more support to objects floating upon it. But some fresh waters too float on the surface of others; cases are the river carried on the surface of Lake Fucino, the Adde on the lake of Como, the Ticino on Maggiore, the Mincio on Garda, the Ollio on Lago d’Iseo, the Rhone on the Lake of Geneva (the last North of the Alps, but all the rest in Italy), after a passing visit that covers many miles, carrying out their own waters only, and no larger quantity than they introduced. This has also been stated in the case of the river Orontes in Syria and many others. But some rivers so hate the sea that they actually flow underneath the bottom of it, for instance the spring Arethusa at Syracuse, in which things emerge that have been thrown into the Alpheus which flows through Olympia and reaches the coast in the Peloponnese.Instances of rivers that flow under ground and come to the sm-face again are the Lycus in Asia, the Erasinus in the ArgoUd and the Tigris in Mesopotamia; and objects thrown into the Spring of Aesculapius at Athens are given back again in Phaleron Harbour.
Also a river that goes under- ground in the Plain of Atinas comes out 20 miles further on, as also does the Timavus in the district of Aquileia. In Lake Asphaltis in Judaea, which produces bitumen, nothing can sink, and also in the Aretissa in Greater Armenia ; the latter indeed is a nitrous lake that supports fish. A lake near the town

Əslində tərcümə:
Şirin suyun dənizə bir borudan axırmış kimi tökülməsi heyranedici görsənir.Əslində,suyun xarakteri kifayət edəcək şəkildə möcüzəli deyil.Şirin su sahəsi şübhəsiz ki yüngül olduğuna görə dənizin üzərində üzür.Beləliklə dəniz suyu ağır xüsusiyyətə sahib olduğundan üzərində (şirin)suyun üzməsinə kömək edir(səbəb olur).Ancaq bəzi şirin sular (dənizdən)başqalarının səthində də olur.o hallda ki …..(bu cümlənin tərcüməsini tam yazmıram çünki İtaliyada Alp dağlarında olan çay və göllərdən bəhs edilir.bizə lazım olan dəniz çay suyudur)..

-Göründüyü kimi burda “qarışmaq” sözü “mix” belə yoxdur.Ancaq həmin türk saytları tərcümədə “qarışmamaq” sözünü yapşdırıblar.İndi deyəcəksiniz ki “üzərində üzürsə” deməli qarışmır.Ama üzərində üzməsi o demək deyil ki şirin su duzlu suya az da olsa qarışmır..Başqa bir məqam da ondan ibarətdir ki Kitabın başqa bir səhifəsində şirin və dəniz suyunun qarışmasını yazır.(BOOK 11. cvi. 233-cix. 235 : fresh water has to be mixed with sea water for the salt to be deposited )
Məncə istənilən adam çayın dənizə axdığı yeri müşahidə etsə şirin suyun dəniz suyundan axan yerdə fərqləndirəcək.Plinius də bunu müşahidə etmişdir güman ki..

Kapitan Cousteau və Cəbəllütariq açıqlaması:

Ən çox vurğulanan məqamlardan biri də Aralıq dənizi ilə Atlantik okeanının Cəbəllütariq boğazında bir birinə qarışmaması söhbətidir.Altından xətt çəkərək deyirəm ki bu məlumat düzgün olmayan məlumatdır.Harun Yəhyanın yeni “icad”ıdır  Bu insan “təki cavab olsun”,”kor tutduğunu buraxmaz” məntiqi ilə hərəkət edir.İslamı yalnış məlumatlarla parçalayır desək yanılmarıq..Niyə buqədər əminliklə deyirəm ?! Çünki adı çəkilən ayələrdə şirin və duzlu sulardan bəhs edirlir.Ancaq bunların hər ikisi duzludur.Ola bilər az qarışsın bir birindən fərqlənsin.Amma iş orasındadır ki qarışma baş verir.Və hər ikisi duzludur.Elə bu səbəbdən Cəbəllütariq boğazının üstündən xətt çəkirik.Camaatı yalnış məlumatlarla aldadırlar.Bir şəkil vəya video yükləyir deyir ki “bax iki dəniz bir birindən ayrıdır.iki fərqli rəngdə,özüdə Cəbəllütariq boğazında”.Nə oldu hamısını yükləyirlər Cəbəllütariq boğazına.Kapitan Cousteau da adı çəkilir xüsusilə.Ateisltlər müsəlman olduğu iddia edilən kapitanın rəsmi sənədlə katolik kimi dəfn edildiyini deyirlər.Bu təbii ki belə olacaq.Ailəsi katolik olan şəxs müsəlman kimi dəfn ediləsi deyil ki….Hə qalmışdıq Cəbəllütariq boğazında.Onu deyim ki ilk əvvəl maraqlı kimi görünən cazibəli fikirlərə inanmayın.Çünki əksəri yalan olur.Məsələn çox şəkillər paylaşırlar ki baxın iki dəniz qarışmır.Bəzi şəkillər Meksikada “ölü zonada” çəkilib paylaşılır..İslam ağıl məntiq dinidir.Fikirləşin biraz araşdırma edin.İnternet əlinizin altındadır ki.Tək möcüzə ilə dinə inanan kəsə day bilmirəm nə ad verim
Ancaq Altda gördüyünüz şəkildəki təbiət hadisəsi hansı ki Cəbəllütariq boğazında “iki dənizin qarışmaması” kimi göstərilir,Alyaskada baş verir.Alyaska körfəzində.Dağdan gələn şirin su ilə körfəzin qarşılaşdığı ərazidir.Bu saytda bu şəkli çəkən şəxs bir neçə mənbə ilə hər şeyi izah və təstiq edir: