Sahil Babayevin Şəkidəki işçisi əlili incidir

17:58 15-05-2019 42

Şəki rayonun Baş Göynük kənd sakini Vəliyev Fazil:

"Əmək və əhalinin Sosial müdafiəsi nazirliyi hələ

də mənə hesablanan yardımı hesabıma ödəmir"

 

Şəki rayonun Baş Göynük kənd sakini Vəliyev Fazil Hüseynbala oğlu tərəfindən prezident İlham Əliyevə şikayət məktubu ünvanlanıb. Bir nüsxəsi də redaksiyamıza daxil olan müraciətdə deyilir:

"Xatırladım ki, mən 5 nəfərlik ailəmə görə ünvanlı sosial yardım üçün 2016-cı ildən müraciət etmişdim. Və uyğun olaraq 3 ay 198 manat yardım almışdım. 2017-ci ildən bu yardım formal səbəb ucbatından kəsilmişdir. Adını da qoymuşdular ki, guya elektrikə görə abonent kodunda problem varmış.

Ona görə də bu saxtakarlığı nazirliyin Şəki rayon Şöbəsinə sübut etmək və yenidən yardımın verilməsini bərpa etmək üçün idarəyə aylarla ayaq döyməkdən yorulub, 2017-ci ilin 25 avqustda cənab Prezidentdən sosial yardımın verilməsi üçün məndən əvvəlcədən umulan 400 manat pulun mənim əvəzimə dövlət tərəfindən birdəfəlik yardım edilməsini xahiş etdim ki, yardımı ala bilim. 3-4 gündən sonra mənə əvvəlcə təzyiqlər başladı ki, sən idarəyə gəlib izahat yazmalısan ki, dövlət başçısına səhv edib şikayət yazmışam, qanmamışam, ağlım kəsməyib və s.

Şəki Dövlət Məşğulluq İdarəsinin rəsmiləri and-aman etdilər ki, Fazil vicdanımız haqqı, nəyə inanırsan ona and içirik ki, sabah idarəyə gəl, izahat yaz biz sənə yardımı iki-üç günə düzüb qoşuruq. Vəssəlam. Kişi kimi bu adamların yanında söz verirəm.

Mən onlara dedim ki, yaxşı, özünüz gəlmisiniz, bax bu 5 nəfərlik ailəmlə yaşadığım daxmamı öz gözlərinlə görün və inanın ki, vəziyyətimiz ağırdır. Onlar gözlərini yerə dikib durdular. Yenə and aman edib söz verdilər ki, sənin işin 100 faiz düzələcək. Mən də razı oldum ki, səhər gəlib izahatı yazaram ki, səhv edib şikayət yazmışam. Beləliklə mən də öz vədimə əməl edib onların diktəsilə təzyiq altında izahat yazdım.

Budur,cənab Prezident! mənim Sizlərə etdiyim 8 avqust və 25 avqust 2017-ci il tarixli şikayətlərimdən sonra məni 4 dəfə Nazirliyin Şəki şöbəsinə dəvət etmişdilər. Budur aradan ilyarım vaxt keçməsinə baxmayaraq heç bir halda Şəki DMX tərəfindən mənə ünvanlı sosial yardım yazmadılar.

Amma nazirliyin rəsmi saytında mənim yaşadığım kənd üzrə ünvanlı social yardım alanların siyahısına baxanda başa düşdüm ki, bu dövlət yardımı real kasıblar üçün deyilmiş. Bu siyahıda keçmiş kolxoz sədrinin ailəsinin, qardaşlarının, çoxsaylı kənd təsəsrrüfatı texnikası olan məşhur fermerlərin və digər imkanlı şəxslərin adlarına rast gəlirəm.

Deməli, bu imkanlı şəxslər kəndxudanı ( Şəki DMX müdiri olmuş Elçin müəllimi Bədən tərbiyəsi müəllimi) görüb, kəndi ( ünvanlı dövlət social yardımı) çapıb talayıblar. Mən və mənim kimi 3-cü qrup əlillər də qalmışıq 5-10 manat təqaüdün ümidinə ki, ailəmizi ölməmək üçün dolandıra bilək.

Sonuncu şikayətimi 27 mart 2019-cu ildə etdikdən 1 gün sonra Şəki DMX rəsmiləri yenə kənddəki daxmama gəlib əvvəlcə yoldaşımla mənim şəkillərimizi çəkdilər, sonra lazımi sənədləri tərtib edib getdilər ki, Fazil sənin işin bir iki günə düzələcək. Aradan 10 gün keçdi və mən rayon mərkəzinə getdim.

«Kapital bank»dan olan bank kartını yoxladım. Cəmi 20 qəpik vardı. Yenə rəisin qəbuluna düşüb soruşdum. Bəs söz verdiniz ki, sənin işini dərahal düzəldəcəyikl.Nə oldu? Rəhbər qeyd etdi ki, biz əlimizdən gələni etdik.

Sənədləriniz də qaydasındadır. Daha bizlik bir şey qalmayıb. Qalıb təxcə Bakıdan Nazirlik dövlət ünvanlı sosial yardım üçün sənə düşən pulukartına yükləməyi. Vəssəlam. Budur aradan 2 ay yarım vaxt keçib. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ də mənə hesablanan yardımı hesabıma ödəmir.

Elə ona görə də birbaşa Nazirliyin Dövlət Məşğulluq Mərkəzinin müdiri Fuad Musayevə müraciət edirəm. Fuad Musayevlə biz yaşıd olsaq da, ondan fərqli olaraq mən imkansız çoxuşaqlı bir ailədə min bir əziyyətlə böyümüşəm.

Atam Hüseybala kişi adi bir xəstəxana sürücüsü olsa da heç vaxt ailəsinə haram tikə yedirtməmişdir. Ona görə də bu gün ağır vəziyyətdə yaşasam da fəxr edirəm ki. haramzada olmamışam, kişi kimi yetişmişəm. Bəli. Bu gün əlil olsam da dolanmaq üçün qəbir də qazıram, nökərçilik də edirəm. Amma kimsənin qabağında gözükölgəli işim yoxdur. Ona görə də Sizdən tələb edirəm ki, mənə ayrılmış “haqqı çatmayan ünvanlı sosial yardımımın “ dərhal hesabıma ödənilməsi barədə göstəriş verəsiniz.

Cənab Prezident, sağ olun ki, bizim kimi kasıbları adam yerinə qoymayan Sosial Təminat Nazirliyində baş alıb gedən qanunsuzların qarşısının alınması üçün lazımi tədbirlər gördünüz. Ümid etdik ki, Fizuli Ələkbərovdan, Səlim Müslümovdan sonra bizim kimi ümidsiz insanlara nisbətən xoş münasibət bəslənər. Hələlik aradan keçən son 1 il 6 ayda bunun şahidi olmuruq.

Odur ki, ümidim yalnız Cənab Prezidentin köməkliyinə qalıb. Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 5 nəfərlik ailəmə ünvanlı sosial yardımın yenidən bərpa edilməsindən sonra ailəmin fiziki mövcud olması üçün nəzərdə tutulan beş-on manat pulun hesabımıza köçürülməsinə köməklik göstərməyinizi və öz qulluq mövqeyindən süi-istifadə edərək dövlətin pulunu gizli sövdələşmələr nəticəsində mənimsəyən harınlamış məmurların son illərdəki qanunsuz fəaliyyətlərinin yoxlanılması barədə göstəriş verəsiniz. Allah yardımçınız olsun!"

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq.

T.Abbaslı

 

 

Rövşən Bağırov

Lerikdə istədiyini edir?!

 

Vətəndaş çarəsiz durumda...

 

“Mülkiyyətimizdə olan torpaq sahəsi əlimizdən alınıb, üzərində elektrik stansiyası tikilib. Ancaq nə kompensasiya ödənilib, nə də əvəzi olaraq başqa yerdən torpaq sahəsi verilib”. Bunu Lerik rayon sakini Eldəniz Quliyev deyir.

Onun sözlərinə görə, mülkiyyətçisi olduqları 54 sot həyətyanı torpaq sahəsi əllərindən alınıb.

 

“Hədələnirik,

təhqir olunuruq”

 

“Ailəmizlə razılaşdırılmadan torpağımız yerli icra hakimiyyəti tərəfindən “Azərenerji” ASC-yə satılıb. Sahəyə ağır texnikalar gətirərək taxıl zəmisini məhv ediblər. Torpağın mülkiyyətçisi 75 yaşlı xəstə anamdır. Hər dəfə icra hakimiyyətinə zəng vuranda hədələnir, söyülür, təhqir olunur. Bu vəziyyət 10 ildən çoxdur ki, davam edir.

İndi də anamı hədələyirlər ki, oğlun şikayətlərini dayandırmasa, axırınız yaxşı olmayacaq. Bizi susdurmaq üçün qardaşımı həbsə də atmışdılar. Bizim istədiyimiz yalnız bizə çatan haqqımızdır. Hesablansın, bizdən götürülən torpağın dəyəri ödənilsin. Torpağımızın haqqını tələb etdik, anamız təhqir olundu, qardaşım həbsə düşdü, özümü də işsiz qoydular,”- Eldəniz Quliyev belə deyir.

 

“O torpaqda taxıl,

kartof əkirdik”

 

Eldəniz Quliyev deyir, torpaq sahəsi 2007-ci ildə əllərindən alınıb. 4 il sonra torpağın üzərində tikinti işləri başlayıb. Ancaq ailəyə əvəzi olaraq başqa yerdə sahə ayrılmayıb: “Ailədə 15 nəfərik. O torpaqdan əkin işləri üçün istifadə edirdik. Həmin torpaqda əkdiyimiz taxılı, kartofu sataraq dolanışığımızı təmin edirdik. Hansı quruma yazıramsa, məktubum icra hakimiyyətinə göndərilir. Onlar da məsələni yalnız bizi təhqir etməklə, həbsə atmaqla, işsiz qoymaqla “həll edirlər”. 12 ildir ki, dövlət qurumlarının arasında qalmışıq. Hamı bir-birinin üstünə ötürür”.

“Şirvan Regional Elektrik Şəbəkəsi” MMC-dən bildirilib ki, Regionların İqtisadi İnkişaf Dövlət Proqramına müvafiq olaraq, Lerikdə “Modul” tipli elektrik stansiyası tikilməsi qərarı verilib: “Bunun üçün icra orqanları tərəfindən yer ayrılarkən bir neçə rayon sakininin torpaq sahəsi, o cümlədən də, Quliyevlər ailəsinin 56 sot torpaq sahəsi ayrılmış yerə düşüb.

“Azərenerji” ASC rayon ərazisində tikiləcək elektrik stansiyası və yarımstansiyası tikintisinə 3,9 hektar yer ayrılması üçün Lerik Rayon İcra Hakimiyyətinə müraciət edib. İcra hakimiyyəti iri həcmli layihə üçün Lerik-Kəlvəz avtomobil yolunun kənarında 3,87 hektar torpaq sahəsi stansiya tikintisi üçün əlverişli ərazi hesab olunub.

Lerik Elektrik Stansiyasının tikintisi üçün nəzərdə tutulan torpaq sahəsi rayon icra hakimiyyəti tərəfindən torpaq mülkiyyətçiləriylə razılaşdırılaraq “Azərenerji” ASC-yə ayrılıb. Sakinlərin kompensasiya məsələsi ilə icra hakimiyyəti məşğul olmalıdır”.

Lerik Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Quliyevlər ailəsinə rayonun başqa yerindən 64 sot torpaq sahəsi ayrılsa da, ailə razılaşmayıb. Ancaq Eldəniz Quliyev deyir, icra hakimiyyəti onlara şifahi olaraq torpaq sahəsinin ayrıldığını desə də, həmin torpağın harada yerləşməsini, həmin torpağa dair sənədləri təqdim etməyib. Bu da o deməkdir ki, onlara torpaq sahəsi yalnız sözdə vəd olunub.

Eldəniz Quliyev Lerik Rayon Məhkəməsinə də ərizəylə müraciət edib. Məhkəmə onun ərizəsini qəbul etməyib. Hüquqşünas Namizəd Səfərov bildirir ki, Eldəniz Quliyev Şirvan İnzibati İqtisad Məhkəməsində Lerik Rayon İcra Hakimiyyətinə qarşı götürülmüş torpağın əvəzi, yaxud kompensasiya iddiası qaldırmalıdır.

TAHİR