Tramp Türkiyəni bu ölkələr siyahısından çıxartdı

11:14 17-05-2019 19

ABŞ Prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib.

Report xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Mən qərara gəldim ki, onun (Türkiyənin – red.) iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə-benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı", - deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır.