Bakıdakı "Stimul Hospital"da BİABIRÇILIQ — Müayinə olunmaq istəyən xəstəni baş həkimlə görüşməyə qoymadılar

12:37 17-05-2019 117

Bakıda fəaliyyət göstərən "Stimul Hospital"da xoşagəlməz hadisə baş verib. 


Demokrat.az xəbər verir ki, qarın nahiyyəsində və mədəsində ağrılardan şikayətçi olan Məhbubə Təhməzova adlı vətəndaş müayinə olunmaq üçün sözügedən tibb müəssisəsinə müraciət edib. Bu zaman özünü "Stimul Hospital"ın şübə müdiri kimi təqdim edən, ad və soyadını söyləməyən xanım əməkdaş xəstə ilə çox kobud şəkildə rəftar edərək, onu acılayıb. Daha sonra isə həmin xanım əməkdaşın göstərişi ilə xəstə və onun yaxınları məcburi şəkildə "Stimul Hospital"ın binasıdan çıxarılıblar. 


Məhbubə Təhməzova göstərilən kobud rəftara görə sözügedən klinikadan şikayətçi olduğunu bildirib:


"Bizə qarşı edilən kobuduq rəftarla əlaqədar Baş həkimə şikayət etmək istədim. Ancaq həmin şəxslər məni və yaxınlarımı klinika rəhbərliyi ilə görüşməyə imkan vermədilər. Bizi zorla binadan çıxartdılar". 


O, "Stimul Hospital"da üzləşdiyi xoşagəlməz hallarla əlaqədar Səhiyyə Nazirliyinə şikayət edəcəyini söyləyib. 

 

Image result for stimul hospital

 Xatırladaq ki, paytaxtın Sabunçu rayonunda yerləşən “Stimul Hospital”da bu cür xoşagəlməz halların baş verməsi birinci hal deyil. Ötən il sözügedən klinikada xəstə əməliyyat masasında vəfat etmişdi. 


Belə ki, həkim Elçin Zodan pasiyent Yeganə Quliyevanı plastik əməliyyat edərkən o, stolda keçinib. Y.Quliyeva əməliyyat başa çatmamış dünyasını dəyişib.


Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılmışdı, daha sonra iş Bakı şəhər Prokurorluğuna verilmişdi.


Plastik cərrah Elçin Zodan da açıqlamasında məlumatı təsdiqləmişdi.

 

Zaur Hacılı

Demokrat.az