Dələduzları kimlər himayə edir?

18:27 17-05-2019 116

Vətəndaş keçmiş bələdiyyə sədrindən şikayətçidir 

 Redaksiyamıza  Qobustan rayonu, Qaracüzlü kənd sakini Hüseynov İbrahim Məhəmmədəli oğlunun Prezident İlham Əliyevə bütün aidiyyəti dövlət strukturların rəhbərliyinə ünvanladığı şikayət məktubu daxil olub.

Şikayətçi yazır ki, 10 nəfərlik ailəmizə məxsus 31.4 ha pay torpaq sahəsini dələduzluqla ələ keçirən dəstə üzvləri vəzifə səlahiyyətindən sui-istifadə edərək törətdikləri ağır cinayətləri rüşvət müqabilində ört-basdır edərək korrupsiyalaşmış mütəşəkkil dəstə yaradıblar. Daha sonra şikayətçi yazır:

"Biz, Qobustan rayon Qaracüzlü kənd sakinlərinə yerli Aqrar İslahat Komissiyasının 10 dekabr 1996- il tarixli qərarına əsasən, yaşadığımız kənd ərazisinə aid kənd təsərrüfatı torpaqlarından pay torpaqları dövlət tərəfindən əvəzsiz olaraq verilib. Kəndimizin daxil olduğu Qurbançı bələdiyyəsinin sədri olmuş Əlikram Musayev kəndin 40-a yaxın təsərrüfat rəhbərindən, o cümlədən bizim Hüseynovlar ailəsinə məxsus (ailə başçısı) pay torpağın Dövlət Aktında ediləcək düzəliş adı altında hamısını əvvəlcə toplayıb 2006- ilin aprelin 2- Bakı şəhəri, Mustafayev küçəsi, ev 27, mənzil 36-da yaşayan Məmmədov Malik Xeyrulla oğlu ilə gizli şəkildə sövdələşərək 1 ha-ı özünün dediyi kimi, 200 manata saxta sənədlərlə sataraq, bizə külli-miqdarda ziyan vurub.

Belə ki, bələdiyyə sədri Ə.Musayev Qobustan Notariat kontorunun rəisi olmuş(hazırda vəkilliklə məşğul olan) Tofiq Seyidovla əvvəlcədən razılaşaraq alqı-satqı müqaviləsi bağlamaq üçün bizim, 40 ailə başçısının adından öz adına etibarnamə ailə üzvlərinin hər birinin adından saxta razılıq ərizələri tərtib edərək, eyni reyestr nömrəli 02 aprel 2016- il tarixli 2 ədəd alqı-satqı müqaviləsi tərtib edib. Birinci müqavilədə 6 nəfər, ikinci müqavilədə isə 32 nəfər təsərrüfat rəhbərinin adları qeyd edilib. Müqavilənin saxtalığını sübut edən məqamlardan biri budur ki, 32 nəfərin adı yazılan alqı-satqı müqaviləsində alıcının imzası adı göstərilmir. Belə bir saxta müqavilə əsasında alıcı M.Məmmədov 2008-ci ilin aprelin 21- 14 saylı DƏDRX-nın Şamaxı rayon Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatı haqqında MH seriyalı 4 ədəd çıxarış alıb. M.Məmmədovun adına cəmi 526,74 hektar torpağa mülkiyyət hüququna dair sənəd verilib.

Torpaq mülkiyyətimizin tam ələ keçirilməsi barədə biz kənd camaatı, yalnız 2016- ilin oktyabr ayında əlimizdə olan Dövlət aktı əsasında çıxarış almaq istərkən ƏMDK DƏDRX-nin 14 saylı Ərazi İdarəsinin 08 noyabr tarixli cavab məktubundan aydın olub ki, "bizlərə məxsus torpaq sahələri 02 aprel 2006- il tarixdə Qobustan rayon DNK-da təsdiq olunmuş 4 13 nömrəli alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhər sakini Məmmədov Malik Xeyrulla oğlunun adına JN-571, kod 30708038 saylı Dövlət aktı hazırlanıb. Torpaq sahələri hazırda başqa mülkiyyətçinin adına qeydiyyata alındığı üçün həmin torpaqların üzərində sizin mülkiyyət hüququnuzun qeydiyyata alınması qeyri-mümkündür".

Rəsmi cavab məktubundan bizlərə aydın oldu ki, torpaqlarımız dələduzluq yolu ilə - etimadımızdan sui-istifadə edən bələdiyyə sədri tərəfindən razılığımız olmadan digər fiziki şəxsə satılıb. çox təəssüf ki, bütün dövlət orqanlarına etdiyimiz müraciətlər nəticəsiz qaldı.

Məsələni araşdırdığımız zaman bizlərə o da məlum oldu ki, "alıcı" hesab olunan Malik Məmmədov ələ keçirdiyi 526 ha torpağımıza görə son 10 ildə saxta sənədlərlə taxıl əkmək adı ilə dövlətdən hər hektarına 90 manat olmaqla təxminən hər il 36000-45000 manat pulu subsidiya adı ilə alaraq mənimsəyib.

Daxili İşlər Nazirliyinin Baş İstintaq Təhqiqat İdarəsinin rəis müavini cənab Canpolad Danovun bizə yazdığı 07 mart son dəfə 08 may 2018-ci il tarixli rəsmi cavab məktubundan aydın olur ki, "Qobustan Rayon Polis Şöbəsində toplanan materiallar üzrə Qobustan Rayon Prokurorluğunda araşdırma davam etdirilərkən cinayət hadisəsinin olmadığı cəlbetmə müddəti keçdiyinə görə, AR Cinayət Prosessual Məcəllənin 39-cu maddəsinin 1.2 1.3- hissələrinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Qobustan rayon prokurorluğu Qobustan polis Şöbəsi isə gəldikləri verdikləri əsassız qərarın bir nüsxəsini Qobustan rayonun Qaracüzlü kəndinə göndərməkdə zülm çəkirlər.

Biz DİN-nin rəsmi cavabına əsasən bir daha qeyd etmək istərdik ki, torpaqlarımıza Şamaxı Reyestr İdarəsindən 2016- ildə müraciət edərək çıxarış almaq istərkən rəsmən bildirdilər ki, sizlərə məxsus torpaq sahələri 2006- ildə Məmmədov Malik Xeyrulla oğlunun adına rəsmiləşdirilərək( 526 ha) çıxarış verilib. Biz hüquqlarımızın pozulduğunu bildikdən dərhal sonra yerli yuxarı orqanlara şikayətlər etdik.

Daha etməli idik ki? Bəs Prokurorluğa təqdim olunan Şamaxı Reyestr İdarəsinin 2016- il tarixli rəsmi məktubunu niyə nəzərə almadan belə bir əsassız qərar qəbul edilib? Bəs prokuror öz vəzifə səlahiyyətini icra etməklə niyə son 10 il ərzində dövlətdən 526 ha torpaq sahəsinə görə, "formal" sənədləşmə əsasında oğurlanmış, hər ili üçün 45000 manat dövlət vəsaitinin geri qaytarılması barədə cinayət işi qaldıra bilmir? Əkilən taxılı kim vaxt görüb? Görübsə, kimə satılıb qədər dövlətə vergi ödənilib?

Bütün kənd sakinləri şahiddir ki, onlara məxsus yüzlərlə hektar torpaq sahələrində heç vaxt bir kv.m olsa taxıl əkilməyib. Buna kənd təsərrüfatı üzrə mütəxəssis olan ekspertlər yerində baxış keçirib rəy verə bilərlər. Digər tərəfdən, DİN BİSTİ idarəsinin rəis müavini cənab Canpolad Danovun nəzərinə çatdırmaq istəyirik ki, yuxarı direktiv orqanlara göndərdiyimiz Kənd Təsərrüfatı Nazirliyinin rəsmi veb saytına istinadən subsidiyaların verilməsi ilə bağlı təqdim etdiyimiz rəsmi sənədlər 2015-2018-ci illəri əhatə edir.

bu fakt sizin əsaslandığınız CPM-nin 39.1.1 39.1.3 maddələrinə uyğun gəlmir. Niyə DİN-nin rəis müavini korrupsiyalaşmış mütəşəkkil dəstənin son 10 il ərzində dövlətdən taladığı milyonlarla manat mənimsəməyə belə bir don geyindirmək istəyir? Buna görə dövlətdən son illər talanan pulların konkret kimlər tərəfindən mənimsənildiyini bir daha cənab C.Danova xatırlatmaq istərdik:

2015-ci ildə Qobustan rayonu Qaracüzlü kəndi üzrə: Malik Məmmədov-404 ha torpağa görə 20200 AZN, Musayev Əlikram Ələkbər oğlu 148 ha 7400AZNƏlikramın qardaşı-Musayev İlyas  77 ha alıb 3850 AZN, Əlikramın qardaşı-Musayev Vahid 10 ha alıb 500 AZN, Əlikramın oğlu- Ələkbərli Emin 48 ha alıb 2400 manat.

2016- ildə: Malik Məmmədov 491 ha alıb 32200 AZNMusayev Əlikram 71 ha alıb 6350 AZN, Əlikramın oğlu Ələkbərli Emin 40 ha alıb 3620 AZN, qardaşı Musayev İlyas 71 ha alıb 6390 AZN mənimsəyib.

2017-ci ildə: Malik Məmmədov 480 ha alıb 24000 AZN, Musayev Əlikram 20 ha alıb 1824 AZN, qardaşı Musayev İlyas 13 ha 1210 AZN mənimsəyib.

Xatırladaq ki, bələdiyyə sədri olmuş Əlikram Musayev onun qohum- qardaşına məxsus bütün torpaqlar M.Məmmədova 2006- ilin aprelin 2- satıldığı halda, o yenə kağız üzərində dövlətdən guya torpaq əkməsi barədə yalan hesabat verməklə külli-miqdarda vəsaiti alaraq mənimsəyib. Hər ilə cəmi 1000 ha -a yaxın torpaqlar üçün. Bunun yarısı Malik Məmmədova, yarısı yerli bələdiyyə sədrinin özü qohumlarına məxsus olub.

Bizim müraciətimizdən sonra Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri İlham Bayramovun bizə Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinə yazdığı 04 may 2018-ci il tarixli cavab məktubunda qeyd edilmr: "Vəfat etmiş şəxslərə digərlərinə məxsus torpaqların saxta etibarnamə əsasında Malik Xeyrulla oğluna satıldığı istifadə olunmayan 526 ha əkin sahəsinə görə hər il 35-36000 AZN vəsaitin dövlət yardımı adı ilə mənimsənildiyi digər məsələlər kimi qanun pozuntusu hallarının araşdırılıması xahiş edilir. Qaldırılan məsələyə aidiyyatı yerli qurumlarla birlikdə, müəllifin iştirakı ilə qanunvericiliyə uyğun olaraq baxılması, nəticəsi barədə mümkün qısa vaxt ərzində ərizəçiyə Nazirliyə məlumat verilməsi Sizə tapşırılır". 

Eyni məzmunlu 11 may 2018-ci il tarixli məktub kənd təsərrüfatı nazırinin müavini cənab İlham Quliyev tərəfindən bizə Qobustan Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Həsənağa Hüseynova həvalə edilsə , son 46 gündə bir addım belə atılmayıb.

Doğrudur, 10 ay əvvəl Qobustan rayon prokuroru kənddə Ə.Musayev barədə biz şikayətçiləri bir-bir çağırıb izahat alıb, işi araşdıracağını vəd edib. Baxmayaraq ki, prokurorun dəfələrlə Ə.Musayevin əməlində cinayət tərkibi olmaması barədə gəldiyi rəsmi qərara etiraz olaraq, biz işin qonşu rayonlardan birində araşdırılmasını tələb etmişdik.

Bir daha xatırlatmaq istəyirəm ki, kəndimizdə yaşayan 40-a yaxın təsərrüfat rəhbərindən (ailə başçısından) Ə.Musayevin adına etibarnamə alması ( o cümlədən vəfat etmiş 6-7 şəxs daxil olmaqla) şəxsən bizim Hüseynovlar ailəsinə daxil olan 10 nəfərlik subyektlərdən razılıq ərizələri tərtib edilsə , reallıqda mənim valideynlərim, mən başda olmaqla ailə üzvlərim heç bir rəsmi sənədə faktiki olaraq imza atmamışıq. Doğrudur, kəndimizin 5-6 sakini məhkəməyə mülki qaydada müraciətlər etsə , şəxsən mən ailəm bunun birbaşa cinayət tərkibi olduğunu başa düşərək  məhkəməyə müraciət etmirik. Çünki, bizim ailəyə məxsus 31.4 ha pay torpağını hazırkı fövqəladə hallar nazirinin müavini Məmmədov nazim Xeyrulla oğlunun qardaşı Məmmədov Malik yerli bələdiyyə sədri olmuş Əlikram Musayevin qabaqcadan əlbir olaraq ailə üzvlərimizin adından sənəd saxtakarlığı edərək qanunsuz ələ keçirdikləri, mülkiyyətimiz olan 31.4 ha pay torpağının geri qaytarılması üçün baş vermiş ağır cinayətin araşdırılmasını hüquqi qiymətinin verilməsini istəyirik. Mən bu barədə 7 may 2019-cu il tarixində cənab Prezident İlham Əliyevin Qobustan rayonuna rəsmi səfəri zamanı da yazdığım ərizəni Prezidentə vermək üçün onun yaxın təmsilçilərinə təqdim etmişəm.

İndi torpağı əlindən saxtakarlıqla alınan ailəmizin ümidi, yalnız dövlətimizin başçısı, çox hörmətli İlham Əliyevə qalıb. Biz istəyirik ki, ailəmizə məxsus mülkiyyətimizi (pay torpağını) saxtakarlıq dələduzluqla mənimsəyən, şikayət verdikdə isə vəzifə səlahiyyətindən sui-istifadə edərək ağır cinayətləri rüşvət müqabilində ört-basdır edən korrupsiyalaşmış mütəşəkkil dəstənin qanunazidd hərəkətlərinə tezliklə hüquqi qiymət verilsin. Başqa heç ".

 İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq.

 Tahir Abbaslı