Bakıda dəhşət: xəstəxanada arvadının boğazını kəsdi

11:55 10-06-2019 34

11:28

Bakıda xəstəxanada həyat yoldaşının boğazını kəsən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Səhiyyə Nazirliyinin M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib. Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimova həyat yoldaşı, 1980-ci il təvəllüdlü Faiq İbrahimovla xəstəxananın həyətində mübahisə edib.

Mübahisə nəticəsində F.İbrahimov üzərində gətirdiyi bıçaqla X.İbrahimovanın boğazını kəsib.

Yaralı təcili xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən F.İbrahimov könüllü olaraq polis bölməsinə gedərək hadisəni etiraf edib. F.İbrahimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

***

Bakıda xəstəxananın həyətində həyat yoldaşı tərəfindən boğazı kəsilən qadın ölüb.

İşlədiyi xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadın tibbi müdaxilələrə baxmayaraq keçinib.

Hadisə yerinə Yasamal rayon Polis İdarəsinin və rayon prokurorluğunun əməkdaşları gəlib.

Faktla bağlı araşdırmalar aparılır.