"Düşməni darmadağın edənə qədər silah-sursat idxal edəcəyik” — Xocalının deputatı

12:02 10-06-2019 84

Məlum olduğu kimi, bir tərəfdən Azərbaycanın silah idxalını ATƏT-də gündəmə gətirəcəyi bildirən Ermənistan,  digər tərəfdən Rusiyadan yeni silahlar alacağını bəyan edib.


Düşmənin bu açıqlaması erməni həyasızlığının növbəti təzahürü hesab edilə bilərmi?


Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov ermənilərin bu yanaşmasını əsl erməni əxlaqsızlığı kimi xarakterizə etdi:


“Bizdə belə bir məsəl var: “Üzrü günahından betər”. Bu qanmaz, həyasız, tərbiyəsiz insanlar, millət həmişə həyasızlığın və əxlaqsızlığın zirvəsində durub. Bu gün də onlar bu zirvədədir və bundan sonra da bu zirvədə durmaqda davam edəcəklər.


Görün nə qədər tərbiyəsiz, həyasız və abırsız olmaq lazımdır ki, ATƏT kimi beynəlxalq bir təşkilatı nə qədər axmaq hesab etmək lazımdır ki, bu təşkilat qarşısında belə məsələ qaldırasan. Həm Azərbaycanın 20% ərazisini işğal edəsən, onu 30 il işğal altında saxlayasan, Xocalıda və digər yerlərdə soyqırımları törədəsən, bir milyondan artıq insanı qaçqın və köçkün vəziyyətinə salasan, həm də həyasızlıq edib Azərbaycana deyəsən ki, ordunu gücləndirmə, təlim keçmə, silah alma. Yəni mən istədiyim zaman səni məhv edim, digər ərazilərini də işğal edim.


Hesab edirəm ki, ATƏT bu məsələdə ədalətli mövqedə olmasa da, Minsk qrupu ermənipərəst mövqe sərgiləsə də, o qədər də ədalətsiz və axmaq deyil ki, ermənilərin Azərbaycanla bağlı bu iddiasına baxa.


Azərbaycan silah-sursat idxalından indi etdiyindən daha artığını edəcək. Ta o vaxta qədər ki, düşməni darmadağın edib düşməni işğaldakı torpaqlarımızdan iti qovan kimi qovaq”.