Helikopter 54 mərtəbəli binanın damına çırpıldı: ölən var

10:21 11-06-2019 73

Nyu Yorkda helikopter 54 mərtəbəli binanın damına çırpılıb.

Xəbər verir ki, yerli hökumət orqanları helikopterin “Yeddinci küçə”dəki binanın damına sərt qəza enişi etdiyini bildiriblər.

Qəza zamanı ölən, yaxud yaralananların olub-olmaması barədə məlumat verilmir.

Hadisənin səbəbləri araşdırılır.

***

Helikopter dama çırpıldıqdan sonra alışıb, pilot hadisə yerində həlak olub.

İnsident baş verən binada olan insanlar dərhal təxliyə edilib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər yanğını söndürüb.