Alimlər ömrü uzadan şok faktı açıqladı

10:25 11-06-2019 425

Dostlarla daha çox vaxt keçirmək ömrü uzadır.

Publika.az xəbər verir ki, dostlarla vaxt keçirmək səhhətimiz üçün xeyirdir. Oksford Universitetinin araşdırmaçıları bu qənaətə gəlib ki, rəfiqəsi ilə həftədə iki dəfə görüşən qadınlar daha sağlam, immuniteti isə daha möhkəm olur.

Tədqiqatın rəhbəri - həkim Dobin Danbarın qənaətinə əsasən sosiallaşmaq hər iki cinsin həm fiziki, həm də emosional sağlamlığına əhəmiyyətli təsir göstərir.

Xüsusilə dostlarla vaxtın səmərəli və əyləncəli keçirilməsi faydalıdır. Bu zaman intim yaxınlıq və ya şokolad yedikdən sonra bədəndə artan endorfin hormonları ifraz olunur.

Amma müasir dünyada dostlarla görüş təşkil etmək çətindir, hər 5 qadından yalnız 2-si həftədə 2 dəfə öz rəfiqəsini görür.