Xəzərdə tanker partladı: ağır yaralılar var

10:39 11-06-2019 91

Mahaçqala limanındakı tankerdə partlayış baş verib.

Axar.az xəbər verir ki, bu məlumatı Rusiya Federal Dəniz və Çay Nəqliyyatı Agentliyi yayıb. Partlayış tankerdən neft məhsulunun ötürülməsi zamanı olub.

İnsident nəticəsində beş nəfərin xəsarət alıb. Onlardan üçü xəstəxanaya yerləşdirilib.

Yaralananlardan birinin vəziyyətinin ağır olduğu və bədəninin 95%-nin yandığı bildirilib.