Bakıda gül dükanında yanğın başladı, yol bağlandı

11:09 08-07-2019 305

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib.

Xəbər verir ki, bu barədə məlumatı Bakı Nəqliyyat Agentliyi yayıb.

Yanğınla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var.

Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

***

Axar.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, yanğının genişlənməsinə imkan verilməyib, gül dükanının böyük hissəsi yanğından xilas edilib.

Hazırda polis nəqliyyatın hərəkəti üçün maneəni də aradan qaldırıb.

Ərazidə FHN yanğınsöndürənləri araşdırma aparır.