Başda Mehriban xanım olmaqla... – Şeyx sevincini bölüşdü

15:36 08-07-2019 21

Bu xəbər münasibətlə bütün Azərbaycanı təbrik edir və Mehriban Əliyevaya dərin təşəkkürmü bildirirəm.

Bu sözləri Kult.az-a açıqlamasında əməkdar incəsənət xadimi, rejissor Şeyx Əbdül Mahmudov Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, bu qərar Mehriban xanımın xaricdə Azərbaycan mədəniyyətinin və tarixinin yüksək təbliğinin göstəricisidir:

“Xan Sarayı və Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması çox gözəl hadisədir. Əlbəttə, bu bizi çox sevindirdi. Başda Mehriban xanım olmaqla, bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mən istərdim bütün Azərbaycan müqəddəs və toxunulmaz yer kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınsın. Bu mənim ən böyük arzum budur”.

Qeyd edək ki, Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.