Elektrik xəttində açılma olub – Bakı-Tbilisi qatarı yolda qalıb

11:29 09-07-2019 315

Elektrik xəttində nasazlıq səbəbindən Bakı-Tbilisi sərnişin qatarı yolda qalıb.

Qatardakı sərnişinlərdən birinin APA-ya verdiyi məlumata görə, hadisə dəmiryolu xəttinin Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qatarın hərəkətinin dayanması elektrik naqilində yaranmış nasazlıqla əlaqədar olub.