Azərbaycanlı hakim Avropa Liqasının oyununda

11:34 09-07-2019 20

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.

Bu barədə AFFA-dan-a bildirilib.

Qeyd edilir ki, A.Xudiyev birinci mərhələnin cavab oyunları çərçivəsində iyulun 18-də “NYA Parken”də keçiriləcək “Norrköping” (İsveç) – “ST.Patrick” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq.