Almanların qorxusu: Əhali islamı təhdid sayır

11:42 12-07-2019 12

Almaniya əhalisinin 52 faizi islam dinini ölkə üçün təhlükə hesab edir.

Xəbər verir ki, bu barədə Almaniyanın “Bertelsman Stiftunq” Vəqfinin hesabatında deyilib.

Bildirilib ki, ümumən Almaniya ərazisində islamın təhdid olaraq qəbul edilməsinə baxmayaraq, ölkənin qərbi şərqə nisbətən müsəlmanların dininə daha loyal yanaşır.

Belə ki, şərqdə islamı təhlükə olaraq görənlərin faizi 57-dirsə, qərbdə bu rəqəm 50 faiz təşkil edir.