“Bakı Bus” avtobusu qəza etdi: yaralı var - Video

13:38 12-07-2019 385

Səbail rayonu Bayıl istiqamətində marşrut avtobusu ilə minik maşını toqquşub.

Xəbər verir ki, “Bakı Bus”a məxsus 125 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusu ilə “Volvo” markalı avtomobil toqquşub. Qəza zamanı avtobus sərnişinlə dolu olub. Hər iki avtomobilə zərər dəyib.

Hadisə nəticəsində avtobusda olan yaşlı sərnişin yüngül yaralanıb.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.