Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib

21:53 02-08-2019 27

Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, baytarlıq fəaliyyətinin təşkili sahəsində karantin və məhdudiyyət tədbirləri ilə əlaqədar xəstəliklə yoluxma zonasında təcrid rejiminin saxlanılması məqsədilə Daxili İşlər Nazirliyinin iştirakı, Nazirlər Kabinetinin qərarı ilə birgə karantin polis və baytarlıq nəzarəti postları qoyula bilər.