Balakən RPŞ-yə yeni rəis müavini təyin edilib

14:49 05-08-2019 18

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Səbail Rayon Polis İdarəsini 9-cu Polis Bölməsinin rəis müavini polis mayoru Anar Məmmədov tutduğu vəzifədən azad edilərək Balakən Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilib