Azərbaycanlı zəvvar Həcc ziyarətində dünyasını dəyişib

14:50 05-08-2019 17

d08db81e-8bb5-4e4b-bf72-00a793e35cacAzərbaycanlı zəvvar Səudiyyə Ərəbistanında, Həcc ziyarəti zamanı dünyasını dəyişib.

“Report”un əldə etdiyi məlumata görə, hələlik kimliyi məlum olmayan 69 yaşlı kişi gecəyarısı Kəbə evinin təvafından sonra namaz qılıb və ardınca vəfat edib.

Onun ürəktutmadan öldüyü deyilir. Mərhum bu gün Məkkədə dəfn olunacaq.