Vilayət Eyvazov yeni rəis təyin edib

16:27 06-08-2019 15

Daxili İşlər orqanlarında təyinat olub.

Daxili İşlər naziri general polkovnikVilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Hüseynov Vüqar Paşa oğlu Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülüb.
(unikal.org)