Cəmi 3 milyonluq Ermənistan…

16:31 06-08-2019 15

Ermənistanda son 6 ayda əhalinin sayı 3500 nəfər azalıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistanda nəşr olunan “Joxovurd” qəzeti respublikanın Statistika komitəsinə istinadən məlumat yayıb.

“Ermənistan Statistika komitəsinin rəsmi məlumatına görə, iyul ayının 1-nə Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 961 min 600 nəfər təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə əhalinin sayı 8200 nəfər azalıb.

Əhalinin sayının azalması ilə yanaşı, doğum faizi də düşüb. Əgər bu ilin ilk yarısında 16 111 doğum halı qeydə alınıbsa, ötən ilin müvafiq dövründə bu rəqəm 16 261, 2017-ci ilin müvafiq dövründə isə 17 171 olub.

Respublika üzrə ölüm hallarında isə artım qeydə alınıb. İyulun 1-nə olan məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə ölüm halları 572 fakt artıb”, – deyə qəzet yazır.

Xatırlatmaq yerinə düşər ki, bu yaxınlarda Azərbaycanda 10 milyonuncu vətəndaşın dünyaya gəlişi böyük təntənə ilə qeyd edildi. Yuxarıdakı statistikadan göründüyü kimi, 10 milyonluq Azərbaycanımız sayı 3 milyona çatmayan dılğır bir ölkənin əlində əsir-yesir qalıb…