Bakı şəhərində Kamil Hacıyev adlı təhlükəli dələduz peyda olub

10:48 15-08-2019 265

Kamil Hacıyev iş düzəltmək adı ilə insanların xeyli pulunu mənimsəyib
 
Son zamanlar ölkədə dələduzluq hallarının geniş yayılması barədə xəbərlər diqqəti cəlb edir. Belə dələduzluq hadisəsi barədə bizə yeni şikayət daxil olub. Şikayətdə ayrı – ayrı insanlardan müxtəlif bəhanələrlə pul alıb qaçan və aldığı pulu geri qaytarmaq istəməyən şəxsin adı Kamil Hacıyevdir.
 
Şikayətçilərin verdiyi xəbərə görə, Kamil Hacıyev dələduzluq əməlini uzun illər hüquq – mühafizə orqanlarında çalışmış qardaşı Makif Hacıyevə və hazırda hüquq – mühafizə orqanlarında çalışan oğluna arxalanaraq edir.

Qeyd edək ki, Kamil Hacıyevin oğlu Hacıyev Şəhriyar Kamil oğlu Səbail rayon Polis İdarəsinin 9 - cu bölməsində kapital rütbəsi daşıyır və təhqiqatçı vəzifəsində işləyir. Kamil Hacıyevin dələduzluq əməlini həm də onun oğluna arxayın olaraq, törətdiyini də ehtimal etmək olar.

Qardaşına Kamil Hacıyevin dələduzluq əməli ilə bağlı məlumat verilsə də, bu xəbərdarlıq Kamil Hacıyevin cinayət əməlindən əl çəkməsinə təsir göstərməyib.
 
Kamil Hacıyevin dələduzluq əməlinin qurbanlarının verdiyi xəbərə görə, O. öz çirkin əməlini həyata keçirmək məqsədilə bir sıra yüksək vəzifəli şəxslərlə əlbir olaraq, rüşvət vasitəsilə iş düzəltməklə məşğuldur. Məsələn, Kamil Hacıyev Təhsil Nazirliyinin işçisi kimi təqdim etdiyi Saməddin adlı şəxslə ( mobil nömrəsi 050 612 99 66) əlaqəyə girərək, nazirlikdə bir sıra məsələlərin həll edilməsi ilə məşğul olur. Kamil Hacıyevin rüşvət əsasında əlaqəyə girib, Təhsil Nazirliyində müxtəlif işləri düzəltmək adı ilə pulunu aldığı insanlara verdiyi məlumata əsasən, o, Təhsil Nazirliyində istənilən adamın problemini rüşvət vasitəsi ilə həll edə bilir.
 
Hazırda “Demokratik müsavat.com” saytının redaksiyasına Kamil Hacıyev adlı şəxsin dələduzluq əməli barədə şikayətlər daxil olmaqda davam edir.
 
Əziz oxucular, Bakı şəhərində yaşayan və dələduzluq fəaliyyəti göstərən bu şəxslə qarşılaşdıqda ehtiyatlı olaun və dərhal yaxınlıqdakı hüquq – mehafizə orqanlarına məlumat verin.
 
ABBAS