Moskva aksiyalarında Qərb müdaxiləsi – Rusiya açıqladı

14:23 06-09-2019 45

ABŞ və Almaniya avqust ayında Moskvadakı etiraz aksiyaları zamanı Rusiyanın daxili işlərinə müdaxilə və təbliğat məqsədilə özlərinin informasiya resurslarından istifadə etdi.

Xəbər verir ki, bunu Rusiyanın AŞPA-dakı daimi nümayəndəsi Aleksey Lukaşeviç deyib.

“Bizim qərbli həmkarlarımız təbliğat və seçki proseslərinə müdaxilə barədə danışmağı sevirlər. Yeri gəlmişkən, ABŞ və Almaniya Rusiyanın daxili işlərinə müdaxilə məqsədilə özlərinin informasiya resurslarından istifadə edir”, - Lukaşeviç bildirib.