«Türkiyənin G7-yə daxil olması yerinə düşərdi…» – PUTİN

11:38 09-09-2019 35

Rusiya preztdenti Vladimir Putin «Rusiya G7 ilə əməkdaşlıq üçün açıqdır» deyərkən, maraqlı bir bəyanatla çıxış edib: «S-400 kompleksləri əldə edəndən sonra, Türkiyə özünün hava hücumundan müdafiəsini gücləndirib. Çin və Hindistanla bir sırada, bölgə və beynəlxalq məsələlərdə rolu baxımından, Türkiyənin də bu formatda iştirakı yerinə düşərdi».

Vladivostok şəhərində (Rusiya) keçirilən Şərq İqtisadi Forumunda (ŞİF) prezident Putin Rusiyanın G7 ilə əməkdaşlıq perspektivlərini şərh edib.

Prezident qeyd edib ki, G7 əvvəlki kimi, əməkdaşlıq üçün faydalı format olaraq qalır: «Ancaq mən, Hindistan və Çin olmadan, hansısa effektli bir beynəlxalq təşkilat təsəvvür edə bilmirəm».

Putin qeyd edib ki, bu mövzuda Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğanla da danışıb.«Ərdoğan G7 ətrafında yaranmış bütün bu situasiyaya reaksiya verərək, məndən soruşdu: «Sən, nə üçün məsələ qaldırmadın ki, Türkiyə də bu tərkibə daxil olunsun?» S-400 sistemləri əldə edəndən sonra, Türkiyə özünün hava hücumundan müdafiəsini gücləndirib. Çin və Hindistanla bir sırada, bu formatda Türkiyənin işləməsi də yerinə düşərdi – bu zaman onun bölgəsel və beynəlxalq məsələlərdə oynadığı rolu nəzərə alınmalıdır».

Çoxqütblü dünya ideyasına dəstəyini ifadə edən Putin, qeyd edib ki, artıq Qərbin liderliyi sona çatır.

Mirzə AĞ